Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6524

Digər sorğular

Qazax rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıblar

23:28  |    08 İyul 2019  |   E-mail  |  Çapa göndər


İyulun 8-də Qazax rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi keçirilib.

Qaziler.az bildirir ki, çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qazax rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola salıblar.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini, ordu quruculuğundakı xidmətlərini özündə əks etdirən filmə baxıblar.

Daha sonra tədbir Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, bu gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz dünyanın 50 güclü ordusu sırasındadır. O, çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın, hərb işinin sirlərinə dərindən yiyələnməyin vacibliyini onların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çağırışçılara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. Azərbaycan əsgərinə işğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan 7 kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.

Şəhid anası Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, birinci qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib.

Valideynlər adından çıxış edən Füzuli Qasımov övladlarını hərbi xidmətə yola salmaları ilə fəxr etdiklərini deyib. Vətəni qorumağın müqəddəs vəzifə olduğunu bildirib.

Çağırışçı Natiq Novruzov tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətə yola düşən gənclər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar.

Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
Bakı Metropoliteni 60 yeni vaqon alacaq
21.10.2019
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb
21.10.2019
Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il həbs cəzası istənilib
21.10.2019
Onlara “Xalq artisti” fəxri adı verildi (SİYAHI)
21.10.2019
Sabaha olan hava proqnozu açıqlanıb