Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarının bürünc medalını qazanıb

22:35  |    08 İyul 2019  |   E-mail  |  Çapa göndər


İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub.

Universiadada 6 (5 kişi, 1 qadın) idmançı ilə təmsil olunan Azərbaycan yığması iyulun 7-də komanda yarışlarında mübarizə aparıb. Kişi cüdoçularımız yarışda Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Bu mərhələdə Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasının komanda yarışlarının bürünc medalına layiq görülüblər. Bürünc medal qazanan idmançılar arasında komandamızın bayraqdarı, “Judo Club 2012”nin üzvü Murad Fətiyev (81 kq) də var. Cüdoçumuza Napoli Universiadasının bürünc medalı təqdim olunub.
Qeyd edək ki, Yaponiya komandası da yarışda 3-cü yeri tutub. Rusiya komandası qızıl, Koreya isə gümüş medala sahib çıxıb.

Məlumat üçün bildirək ki, Azərbaycan idmançıları əvvəlki günlərdə keçirilən cüdo üzrə fərdi yarışları 1 gümüş medalla başa vurublar. Yeganə medalı komandamıza 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb. Cüdoçumuz Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fransa, Monteneqro və Monqolustan idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı Yevgeni Prokopçuka uduzan Hidayət universiadada gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycanın Əməkdar məşqçisi, “Judo Club 2012”nin baş məşqçisi Tərlan Həsənovun yetirməsidir.
Fərdi yarışlarda iştirak edən “Judo Club 2012”nin üzvü Murad Fətiyev isə ilk görüşdə hollandiyalı Yim Heymana məğlub olaraq mübarizəni dayandırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə böyük jest
16.09.2019
Ronaldo atasından danışıb ağladı - Video
16.09.2019
Prezident İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində iştirak edirlər
15.09.2019
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
12.09.2019
Ukraynalı futbolçu Rusiyada qazandığı pulu öz ölkəsinin ordusuna göndərib - VİDEO