Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6524

Digər sorğular

Azərbaycan-Ermənistan sərhədində istinad divarı çəkilir

19:38  |    08 İyul 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.

AZƏRTAC xəbər verir ki, son üç ildə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də kənd sakinlərinin müraciəti əsasında Məzəm kəndində müdafiə hasarlarının çəkilməsinə başlanıb. Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.

Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi doğma yurdunun müdafiəsi uğrunda canından keçib. Onlardan biri - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib