Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Rustavi-2 Putini söydü, yayımı dayandı - Video

14:17  |    08 İyul 2019  |   E-mail  |  Çapa göndər


Gürcüstanın Rustavi-2 televiziyası yayımını müvəqqəti dayandırıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rustavi-2-nin baş direktoru Nika Qvaramiya deyib. Onun sözlərinə görə, Putinin televiziyanın jurnalisti tərəfindən söyülməsindən sonra başlayan etiraz aksiyaları jurnalistlərin təhlükəsizliyi üçün təhdid yaradıb.

Qvaramiya Rustavi-2-nin aparıcısı Georgi Qabuniyanın təhqiramiz sözlərinə görə üzr istəyib. Bununla belə, o, Rusiya prezidentinin bu təhqirlərin hər birini haqq etdiyini, amma Qabuniyanın bu təhqirləri daha münasib dillə deməsi gərəkdiyini söyləyib.

Telekanal isə açıqlama yayaraq, Qabuniyanın fikrinin Rustavi-2-nin mövqeyini əks etdirmədiyini bildirib və təhqirlərə görə üzr istəyib. Buna baxmayaraq, jurnalistin işdən çıxarılmayacağını bəyan edib.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də insidentə münasibət bildirib. O, Rustavi-2-ni isteriyadan uzaq durmağa səsləyib:

“Rusiya imperializmi və işğalı ilə mübarizədə bizim media isterik Rusiya KİV-lərinə çevrilməməlidir. Haqq bizim tərəfimizdədir və həqiqəti sivil formada vermək lazımdır”.

Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.

***

Rustavi-2 bir neçə saatlıq fasilədən sonra yayımını bərpa edib.

Rustavi-2-nin rəhbəri Nika Qvaramiya kanalın əməkdaşlarını ofisə geri dönməyə, hakimiyyəti isə jurnalistləri müdafiə etməyə çağırıb.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...