Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Nazirlik 838 nəfəri peşə hazırlığına cəlb edib

16:48  |    06 İyul 2019  |   E-mail  |  Çapa göndər


Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 838 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Qaziler.az bildirir ki, onlardan 682 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla elektrik-qaz qaynaqçısı, kompyuter istifadəçisi, dülgər-xarrat, avtomobil təmiri üzrə çilingər, dərzi, bərbər, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan bir hissəsi peşə kurslarını davam etdirir. Qeyd olunan dövrdə 156 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Burada həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb edilməsi işləri də aparılıb.

Ümumilikdə kurslara cəlb edilənlərin 174-ü əlilliyi olan şəxslərdir.

Kurslarda Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun şəkilldə peşə bilik və bacarıqları tədris olunub. Hər bir kursun yekununda məzunlara peşə sertifikatları təqdim edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq