Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Naxçıvan Qarnizonunda növbəti kursların başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib - VİDEO

23:35  |    01 İyul 2019  |   E-mail  |  Çapa göndər


Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, buraxılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif ixtisas hazırlığı kursları təşkil olunaraq keçirilir. Bu kursları uğurla bitirən məzunlar da öz növbəsində ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət edirlər. İnanırıq ki, sertifikat almaq həyəcanı ilə sırada dayanan məzunlarımız da kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar.

Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Pilot Rəşad Atakişiyevin 34 illik ömür yolu - FOTOLAR
20.08.2019
Nazir Rövşən Əkbərovun qohumuna yüksək vəzifə verdi
20.08.2019
Sabahın hava proqnozu açıqlanıb
20.08.2019
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
20.08.2019
Bu ərazilərdə qaz olmayacaq