Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Bakıda güclü külək 15 ağacı aşırdı - VİDEO

11:47  |    01 İyul 2019  |   E-mail  |  Çapa göndər


İyunun 29-da axşam saatlarından başlayan güclü külək səbəbindən paytaxtda 15 ağac aşıb.

Bu barədə Trend-ə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Şöbə rəisinin sözlərinə görə, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub:

"Müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər var. Həmin müraciətlər qeydə alınıb, aşmış və sınmış budaqlar ərazidən götürülüb. Əyilən ağaclar isə qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib".

O. Məmmədov əlavə edib ki, güclü külək Binəqədi rayonunda irigövdəli ağacı "KİA" markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
20.08.2019
Xaçmazda istirahət mərkəzində meyit tapılıb
20.08.2019
Pilotumuzun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər görülür - MN-dən açıqlama
20.08.2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
20.08.2019
BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb