Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6434

Digər sorğular

Minsk-2019: Azərbaycan Oyunları 28 medalla başa vurub

23:40  |    30 İyun 2019  |   E-mail  |  Çapa göndər


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın son günündə 36 dəst medal sahibini tapıb.

Azərbaycan millisi son gündə hesabına 4 medal yazdırıb. Bunlardan ikisi yunan-Roma, ikisi karate yığmamızın hesabındadır. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçilərimizdən Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) gümüşə yiyələniblər.

Beləliklə, yığmamız Minsk-2019-u 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.

Komandamız 10 gün davam edən Avropa Oyunlarının yekun medal sıralamasında 10-cu yeri tutub. Bu müddətdə sahibini tapan 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan 34-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.

İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
17.07.2019
"Qarabağ" növbəti mərhələdə - Çempionlar Liqası