Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Azərbaycanın hərbi gücü: Ona qibtə etməyə dəyər

16:53  |    26 İyun 2019  |   E-mail  |  Çapa göndər


2016-cı ilin aprel ayında uğurlu hərbi əməliyyatlar keçirən və işğal altında olan torpaqlarımızın bir hissəsini azad edən rəşadətli ordumuz Azərbaycan Silahlı Qüvvələrinin gücünü dünyaya göstərdi.

Səbuhi Məmmədli |

Və sübut olundu ki, artıq Azərbaycan Ordusu hərbi gücünə görə Güney Qafqazın ən güclü ordusudur. Orduda insan faktoru nə qədər önəmlidirsə, onun silahlanması, hərbi gücü də ən vacib məqamlardandır.

Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Təkcə 2018-ci ildə Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş yeni silah və texnikalara diqqət yetirin; Azərbaycanın Belarusa sifariş verdiyi “Polonez” operativ-taktiki raket kompleksinin (OTRK) ilk partiyası ölkəyə keçən ilin may ayında gətirilib və kompleks ictimaiyyətə iyun ayında Raket-Artilleriya Qoşunlarının yeni hərbi hissəsinin açılışında təqdim edilib. “Polonez” batareyasına döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını daxildir. Raketlər konteyner şəklində saxlanılır və atışdan sonra qısa müddətdə yükləmə maşını üzərindəki manipulyatyor vasitəsi ilə buraxıcı maşına yüklənir. OTRK-nin bütün elementləri Belarus istehsalı olan MZKT-7930 şassisi üzərində qurulub. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, “Polonez”in döyüş idarəetmə maşınında qurulan avadanlıqlar maşın hərəkətdə olduğu halda belə 10 km məsafədən nəqliyyat-yükləyici və buraxıcı maşınlarla əlaqə yaratmağa imkan verir. Komanda-idarəetmə maşınında 4 heyətin 48 saat fasiləsiz çalışa bilməsi üçün imkanlar mövcuddur. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. İstehsalçının məlumatına görə, “Polonez”də istifadə olunan Belarus istehsalı olan 301 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlərin hədəfdən ehtimal edilən sapma radiusu 30 metri ötmür. Qəlpə-fuqas, kasetili qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan “Polonez” OTRK bir batareyası (6 maşın) 100 kvadrat kilometrlik sahədə yerləşdirilmiş 48 ayrı hədəfi vurmağı bacarır. Atış uzaqlığı 300 kilometr olan LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır (yüksək partlayış gücünə maliik). Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş LORA kompleksi düşmənin idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye və infrastruktur obyektlərini məhv etmək üçün təyinatlandırılıb. (azeridefence)



Azərbaycanın Pakistana sifariş verdiyi “Super Muşşak” (MFİ-395 “Super Mushshak”) təlim təyyarəsinin 5 ədədlik ilk partiyası 2018-ci ildə Azərbaycana göndərilib. Dünyanın ən təhlükəsiz təlim təyyarələrindən hesab olunan “Super Muşşak”ın heyəti 2 nəfər uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə sahibdir.



Keçən il İsrailin İAİ şirkətindən alınmış LORA (LOng Range Attack) OTRK”Polonez”lə eyni gündə yeni hərnbi hissənin açılışında, daha sonra 26 iyun və 15 sentyabr tarixlərində keçirilmiş hərbi paradlarda nümayiş etdirilib. Azərbaycanın İsrailə “SandCat” zirehli avtomobilləri üzərində sifariş verdiyi “Spear Mk.2” avtomat minaatan kompleksinin ilk partiyası 2018-ci ildə ictimaiyyətə təqdim olunub. Bundan əvvəl – 2017-ci ilin avqust ayında bir ədəd “Spear Mk.2” minaatanı DSX-yə aid BTR-70 zirehli transportyorunun üzərində təqdim edilmişdi. “Elbit Systems” şirkətinin istehsalı olan minaatan özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir.

İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir. Əvvəlki illərdə “Spike” tank əleyhinə idarə olunan raketin müxtəlif modifikasiyalarını istifadə edən Azərbaycan Ordusu 2018-ci ildə “Spike-ER” adlı 8 kilometr atış uzaqlığına malik modifikasiyanı ilk dəfə atış sınaqlarını nümayiş etdirib. Daha sonra bu raketlər hərbi paradda “SandCat” zirehli maşını üzərində sərgilənib. Keçən ilin yay aylarında Bakıda keçirilmiş “Dəniz Kuboku-2018” beynəlxalq yarışına cəlb olunmuş Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) G-124 gözətçi gəmisi Türkiyənin ASELSAN şirkətinin istehsalı olan 30 mm “Mühafiz” döyüş modulu ilə silahlandırılıb. Yarışın gedişatında “Mühafiz”dən suüstü və hava hədəflərinə qarşı dəqiq atışlar icra olunub. 30 mm çaplı “Mühafiz” stabilləşdirilmiş top sistemi döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üçün yaradılmış distans idarə edilən silah sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir. Məlumatlara görə, imzalanmış müqavilə çərçivəsində HDQ-nin bir gəmisində “Mühafiz” döyüş modulu qurulub.



Belarusun “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S” radioelektron mübarizə sistemi keçən ilin iyun ayında president İlham Əliyevin birinci ordu korpusuna səfəri zamanı təqdim olunub. Qroza-S” düşmənin müxtəlif təyinatlı PUA-larını peyk rabitəsi və rabitə kanallarına maneələrin qoyulması vasitəsi ilə zərərsizləşdirmək üçündür. “Qroza-S” hazırda dünyada ən mükəmməl anti-PUA sistemi hesab olunur.

Azərbaycanın 2018-ci ildə sahib olduğu ASELSAN şirkətinin istehsalı olan İHTAR anti-PUA sistemi mülki və hərbi əhəmiyyətli strateji müəssisələrin (elektrik stansiyaları, hava limanları, sərhəd bölgələri, komanda və qərargah binaları və s.) və digər yerlərin qorunmasında istifadə üçün nəzərdə tutulur.



Ordumuzun istifadəsinə verilmiş daha bir yenilik isə İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanmış artilleriya batareyaları üçün “Smart Suite” rabitə və avtomatlaşdırılmış idarəetmə dəstidir. 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması,120 millimetrlik minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub. Amma düşmən Ermənistandan fərqli Azərbaycan özü də silah istehsal edir. Hazırda Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 1100 növə yaxın müdafiə təyinatlı məmulatlar buraxılır. Biz müxtəlif növ atıcı silahlar və yaxın döyüş vasitələri, artilleriya alətləri, zirehli texnika, o cümlədən müxtəlif aviasiya bombaları, pilotsuz uçan cihazlar, atıcı silahlar üçün döyüş ləvazimatları, kiçik kalibrli avtomat tapançalar, optik cihazlar, müasir raket quraşdırıcıları və digər məhsullar: gizlənmə dəsti, qranatomyot, minalar, NATO standartlarına cavab verən tapançalar istehsal edirik. Eləcə də satırıq.



Məsələn, TR-107 və TRB-107 raketləri. Bu raketlər 11 km məsafədə yerləşən hədəfi darmadağın edə bilir. TR-107 dağlıq ərazilərdə və xüsusi təyinatlı yerlərdə hərbi əməliyyaların aparılması üçün təyin edilib. Göstərilən sistemlər kiçik və manevrli maşınlarda da quraşdırıla bilər. TR-107 qısa müddətdə əraziyə çıxarılır, düşmən mövqeyinə odlu zərbələr endirir, sonra isə az müddətdə mövqeyini dəyişir. “Şimşək” iri kalibrli snayper pulemyotu ən dəqiq və sürətli pulemyotlardan biridir. Tanklarda və zirehli texnikalarda, əsasən, BTR-lərdə quraşdırılmaq üçün təyin edilib, “Şimşək” gündüz və gecə görüntülü kamera ilə təchiz olunub. “Gürzə” hərbi maşını – xüsusi təyinatlı qüvvələr və zirehli maşın, hərbi, patrul güc strukturları üçün təyin edilib.

“İstiqlal-1T” tüfəngi. Bu tüfəngin əsas təyinatı düşmənin orta və böyük (atıcı silah üçün) məsafələrdə texniki vasitələri ilə mübarizədir. Bunun üçün tüfəngdə olduqca güclü 14.5 mm-lik zirehli döyüş patronları olan hərbi sursat istifadə edilir. “İstiqlal” tüfənginin əsas hədəfləri avtomobillər, təyyarələr və helikopterlər, əlaqə vasitələri və yanacaq anbarlarıdır. 14.5 mm patronlar daha çox müdafiə olunan hədəflər, məsələn, zirehli transporterlər və ya möhkəmləndirilmiş qurğular, uzun məsafələrdə atəş açılması üçün istifadə edilir. “UP-7.62” və “HP-7.6v əl pulemyotları. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi müxtəlif növ silahlarla yanaşı, əl pulemyotları da istehsal edir. Mübariz” - 12.7 mm kalibrli müasir snayper tüfəngi. Azərbaycan silahlı qüvvələrinə məxsusdur. Zərbə” yeni nəsil pilotsuz zərbəçi, və yaxud Azərbaycanın kamikadze-dronu. “Harop” dronları – kəşfiyyat-zərbə BPLA-sı. O, radarla və 360 dərəcə künc görünüşlü və yüksək icazəli rəqəmsal kamera ilə təchiz olunub. Bu BPLA-nın əsas xüsusiyyəti odur ki, hədəfin aşkar edilməsi zamanı cihaz öz-özünü yönəldən təyyarə-mərmiyə çevrilir. Təyin edilmiş ərazidə uzun müddət keşik çəkmək və yerüstü hədəfləri məhv etmək qabiliyyətinə malikdir. Hədəfə giriş zamanı komanda ləğv oluna, pilotsuz bazaya qayıda və ya keşik çəkməyə davam edə bilər. Konteyner tipli mobil buraxılış quraşdırıcısı ilə buraxılır. Dron düşmənin PVO kompleksləri ilə mübarizə üçün təyin edilib. “Gürzə”, Toyota HILOYX-un 12-ci modeli əsasında hazırlanıb, 4x4 tam ötürücülük qabiliyyəti var və 2500 kq yükü özündə daşıya bilir. Maşının yuxarı hissəsində 360 dərəcə fırlanaraq və 45 dərəcəli küncdə odlu atəş açaraq hədəfi məhv etmə qabiliyyətli, 12.7 mm kalibrli bir pulemyot yerləşir. Yanlarda 7.62 mm kalibrli böyük döyüş ehtiyatı hissələri olan iki pulemyot yerləşir. “Tufan” zirehli maşını. Əgər yuxarıda göstərilən hərbi texnika arasında Azərbaycanın digər ölkələrlə birgə istehsalı olanlar varsa, “Tufan” 100% yalnız yerli mühəndislərin dizayner təcrübəsi və kreativ düşüncəsinin təcəssümüdür. 12.3 ton ağırlığında zirehli maşın 10 nəfərlik şəxsi heyətlə 3000 kq-dək yükün təhlükəsiz daşınmasını təmin edə bilir. “Tufan” zirehli maşınının bazasında yaralıların təxliyyəsi üçün zirehli reanimobillər, antiterror əməliyyatların aparılması zamanı xüsusi təyinatlı qrupların müdfiəsi üçün nəqliyyat vasitələri, döyüş şəraitində hərəkətlərin koordinasiyası üçün komanda-qərargah maşınları, həmçinin tank əleyhinə raket komplekslərinin quraşdırılması üçün platformalarla təchiz etmək və 120 mm-lik daşına bilən minometrləri yaratmaq mümkündür.

Avtomobilin silahlanmasını həmçinin avtomat qranatomyotla və digər vasitələrlə doldurmaq olur. Maşın 114 at gücündə yüksək keçiricilik qabiliyyətinə malik güclü motorla təchiz olunub. Maşın sürücü və komandir də daxil olmaqla, beş nəfər tutur. “Zəfər” müasir tapançası. Azərbaycan silah istehsalı üzrə türk şirkəti ilə birgə AR-nın Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat müəssisəsinin bazasında “İnam”, “Zəfər-К” və “Zəfər” tapançaları istehsal edir. Tapançaların daraqları 15 patron tutur. Həmçinin 18 və 20 patron təchiz edilə bilən maqazinlər də istifadə edilə bilər. Müasirləşdirilmiş “Maroder” - “Paramount Group”un işləyib-hazırladığı minaya qarşı müdafiəsi olan zirehli maşın. Bu maşınlar ərazilərdə şəxsi heyətin yerinin dəyişdirilməsi, təhlükə şərtləri altında sərnişinlərin daşınması, uzaqda yerləşən dayaq məntəqələrinin, qarnizonların təchiz edilməsi və digər oxşar hallar zamanı tətbiq edilir. Əslində, siyahını uzatmaq da olar. Amma bu heç nəyi dəyişmir. Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda keçən il iyunun 26-da keçirilmiş hərbi parad Ermənistanın ekspert çevrələrində ciddi təşviş yaratmışdı. Həmin vaxt nümayiş etdirilən silah-sursat, texnika ermənilərə bir həqiqəti də başa salmışdı: Bu silahlar paradda nümayiş üçün deyil…



Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də həmişə bunu deyib: “Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir”.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları