Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Qubada itkin düşən azyaşlı tapılıb

14:35  |    26 İyun 2019  |   E-mail  |  Çapa göndər


Quba rayonunda itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan musavat.com-a verilən məlumata görə, iyunun 25-i gecə saat 3 radələrində rayon sakini Ceyhun Cəfərov Quba Rayon Polis Şöbəsinə (RPŞ) azyaşlı uşağının itməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-yə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni C.Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.07.2019
Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb - Qarabağ qazisinin oğludur
19.07.2019
Sabah şəhid jurnalistin kiçik oğlunun toyudur
19.07.2019
Şagirdi intihar etmiş məktəb direktoru barəsində verilən şikayət təmin edilməyib
17.07.2019
MN: Erməni silahlı bölmələri Göygöldə traktoru snayper atəşinə tutub, itki yoxdur
16.07.2019
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)