Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6434

Digər sorğular

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

21:22  |    25 İyun 2019  |   E-mail  |  Çapa göndər


İyunun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.

Qaziler.az bildirir ki, Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirməsi üçün zəruri şərait yaradılıb.

Dövlət Komitəsində bu gün keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.

Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik çərçivəsində həll ediləcəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Şirvanda məcburi köçkünlər üçün yeni qəsəbə salınır
24.07.2019
Nazir 6 ayda 450 vətəndaşı fərdi qaydada qəbul edib
23.07.2019
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciətlər artıb
23.07.2019
“Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub
22.07.2019
“Azəriqaz”-ın əməkdaşları “ASAN qatar” və “ASAN xidmət” avtobusları ilə hansı bölgələrdədir?