Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

“Judo Club 2012”nin karateçiləri Budapeştdən 3 medalla qayıdırlar

21:40  |    22 İyun 2019  |   E-mail  |  Çapa göndər


Macarıstanın paytaxtı Budapeştdə Məktəblilərin Dünya Döyüş oyunları çərçivəsində keçirilən karate (WKF) yarışlarına yekun vurulub.

Qaziler.az bildirir ki, “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının tərkibində yarışda iştirak edən idmançılar arasında “Judo Club 2012”nin karateçiləri də yer alıblar. Nüfuzlu yarışda klubun 3 yetirməsi fərqlənib. Bunlar Kənan Babayev (-68 kq), Fərid Ağayev (-76 kq), və Fidan Dadaşovadır (-53 kq).

Kənan finalda ukraynalı idmançıyna qalib gələrək qızıl medala layiq görülüb. Növbəti qızıl medalı isə respublikamıza Fərid Ağayev qazandırıb. O da finalda Ukrayna təmsilçisini məğlub edib. Fidan isə həlledici görüşdə macarıstanlı idmançıya uduzaraq gümüş medalla kifayətlənməli olub..

Xatırladaq ki, Fidan Dadaşova Məktəblilərin Dünya Döyüş oyunlarından əvvəl Astanada təşkil olunan “Qazaxıstan Open” turnirində də gümüş medal qazanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı