Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6600

Digər sorğular

DOST mərkəzinə 10000-ci müraciət qeydə alınıb

18:27  |    21 İyun 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 10000-ci vətəndaş müraciəti qeydə alınıb.

Nazirlikdən Qaziler.az -a verilən məlumata görə, müraciəti paytaxtın Səbail rayon sakini 57 yaşlı Mehman Nəsibov edib. Vətəndaş birdəfəlik maddi yardımla bağlı DOST mərkəzinin xidmətindən faydalanıb. 10000-ci müraciətin sahibi olan M.Nəsibova bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib.

M.Nəsibov dövlət sosial xidmətlərini “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.12.2019
Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı
30.11.2019
Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib
30.11.2019
Bu nazirliyin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb
29.11.2019
Yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır
27.11.2019
Pensiya məsələləri ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə nazirlik CAVAB VERDİ