Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6607

Digər sorğular

QHT peşə kurslarına start verib

10:23  |    21 İyun 2019  |   E-mail  |  Çapa göndər


Binəqədi Gənclər Evində həssas sosial qrup nümayəndələrinin (əlillərin, müharibə veteranların və şəhid ailələrinin üzvlərinin) dərzilik peşəsinə yiyələnməsinə dəstək məqsədi ilə qrup görüşü keçirilib.

Qaziler.az bildirir ki, görüşdə çıxış edən “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili" layihəsini həyata keçirir.

Layihənin 2 əsas məqsədi var. Plastik torbaların sağlamlığa zərəri il bağlı təbliğat aparmaq. Paralel olaraq həssas sosial qrplara peşə vərdişi aşılamqla, onları parça torbaların təbliğ olunmasına cəlb etmək.
Akif Kərimov əlavə edib ki, bir neçə qrupda təşkil olunan kurslarda 30 nəfərə dərzilik peşəsi öyrədiləcək.

Görüşdə iştirak edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə də layihənin ölkədə aparılan özünüməşğulluq proqramına uyğun olduğunu qeyd edib.

Daha sonra iştirakçılar dərzilik kurslarının təşkil olunduğu istehsalat mərkəzinə baş çəkiblər. Və təlimçilər tərəfindən iştirakçılara tanışlıq və ilkin tədris məlumatları təqdim olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb
10.12.2019
Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı
30.11.2019
Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib
30.11.2019
Bu nazirliyin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb
29.11.2019
Yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır