Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Gənc yazıçıdan AYB-yə şok ittihamlar - “Rayonlara gedib, icra başçılarından pul alırlar... “

23:46  |    19 İyun 2019  |   E-mail  |  Çapa göndər


Bir neçə gündür ki, gənc yazıçı Elşad Baratla ilə AYB-nin katibi Çingiz Abdullayev arasında baş verən qalmaqal müzakirə edilir.

Xatırladaq ki, günlər öncə Elşad Barat sosial şəbəkədə status paylaşaraq, AYB və Ç.Abdullayevlə bağlı tənqidi fikirlər səsləndirmişdi.

O, Çingiz Abdullayevin AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını aldığını iddia etmişdi: “Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır…”

Bundan sonra Çingiz Abdullayev yazıçının statusunun altından şərh yazaraq yazıçını məhkəməyə verəcəyini bildirmişdi:

“Vicdansız Elşad Barat! Sən mənim avtomobillərimin şəkilini çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama verirəm! Mənim “Cip” maşınım alti il bundan əvvəl alınıb. Mənim sənədlərim var. Ağ “Kamri” maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram! Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, 64 yazar xəstəliyi ilə əlaqədar olaraq hər ay dərman almaq uçun yardım alır! Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq! Anar müəllim də öz şəxsi vəsaitindən sənə yardım edib! Mən sənin kimi böhtançını məhkəməyə verirəm!”

Daha sonra AYB bəyanat yayaraq, gənc yazıçının qurumdan qovulduğunu açıqladı. Bəyanatda bildirilib:

“İyunun 14-də Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda AYB üzvü Elşad Baratın nalayiq hərəkərtlərilə bağlı məsələ müzakirə edilib. Qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Barat sosial şəbəkələrdə mərhum şair və yazıçıların xatirəsini təhqir etdiyi, yazıçılara şər-böhtan atdığı üçün AYB-dən xaric edilsin”.

Yaranmış durumla bağlı yazıçı Elşad Baratın mövqeyini öyrəndik. Yazıçı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhz şəxsi düşüncələrinə görə AYB-dən uzaqlaşdırılıb: “Mən dəfələrlə bundan da ciddi tənqidi fikirlər bildirmişəm. Hətta özümə bağışlamadığım fikirlərim də olub. Məsələn, Mikayıl Müşfiq haqqında tənqidlərimi hələ də özümə bağışlamıram. Ona görə mən hətta çıxıb Müşfiqin ruhundan, oxucularda üzr istədim, peşman olduğumu da dedim. Təsəvvür edin, buna görə məni AYB-dən çıxarmadılar, amma Çingiz Abdullayevin 6-cı maşının şəklini paylaşdığım üçün xaric etdilər. Bu doğru deyil.

Məni Çingiz Abdullayev təhqir edib. Ötən gün yazıçı Anar məni AYB-yə dəvət etdi. Düşündüm ki, orada qarşı tərəf də olacaq. Lakin təəssüf ki, bu görüşdə AYB-nin mətbuat katibi Xəyal Rza, Rəşid Məcid var idi. Görüşdən çıxan kimi gördüm, saytlarda yazılıb ki, guya mən AYB-yə gedib Çingiz Abdullayevdən üzr istəmişəm. Halbuki, Anar müəllimə demişdim ki, siz bizim ağsaqqalımızsız, amma Çingizdən üzr istəməyəcəm”.

- AYB-nin bəyanatında bildirib ki, siz mərhum şair və yazıçıların xatirəsini təhqir etdiyiniz, yazıçılara şər-böhtan atdığınız üçün AYB-dn xaric edilmisiz. Kimlər nəzərdə tutulur?

- Hər şey gün kimi aydındır. Onlar illər öncə Mikayıl Müşfiq haqqında tənqidi fikirlər demişdim, lakin qeyd etdiyim kimi sonradan üzr istəmişəm. Daha sonra xalq şairi Bəxtiyar Vahabzadənin barəsində də tənqidi fikirlər səsləndirmişdim. Yəqin ki, bunları nəzərdə tutublar.

Ümumilikdə AYB-nin mətbuat xidmətinin kollektivi qurumda mətbuat işlərindən başqa bütün işləri görürlər. Təsəvvür edin, Türkiyədən “Barmaqsız” təxəllüsü ilə bir nəfər gətirib, hamıdan 100 manat yığırlar ki, guya kitab çıxaracaqlar. Sonra o kitabı təzədən çıxardıb satırlar. Bundan əlavə qurumun mətbuat xidməti biznes işləri ilə məşğuldur. Məsələn, hansısa tədbirlərə görə rayonlara gedib, pul alırlar. Halbuki AYB-dən bununla bağlı vəsait ayrılır ki, 10-15 şair gedib həmin tədbirdə iştirak etsin. Bundan əlavə rayonların icra başçılarından da buna görə pul alırlar. Bu haqda sosial şəbəkələrdə çoxlu sayda statuslar var.

Bir sözlə, konkret olaraq Çingiz Abdullayevə görə məni AYB-dən uzaqlaşdırıblar.

- Sizcə Çingiz Abdullayev məhkəmə məsələsi ilə bağlı mövqeyini sona qədər davam etdirəcəkmi?

- İnanmıram, əgər bu günə qədər məhkəməyə verməyibsə, güman etmirəm ki, bundan sonra versin.

- Çingiz Abdullayev öz statusunda qeyd edib ki, yazıçı Anar şəxsən öz cibindən sizə yardım göstərib.

-Bəli, doğrudur və bunun Çingiz Abdullayevə heç bir aidiyyəti yoxdur. Bir dəfə maddi vəziyyətim çox pis idi. İşlədiyim yerlərdən çıxmışdım və bayramın günündə evdə heç nə yox idi. Kimsə mənə dedi ki, gedib Çingizdən köməklik istəyim. Mən getdim və Çingiz mənə 150 manata qol çəkdirdi, əvəzində 100 manat verdilər... Əslində Çingiz Abdullayev pis adam deyil. Sadəcə ona heç vaxt tənqidlər bildirilməyib, həmişə tərifləyiblər. İndi mənim kimi adi yazıçı ona sual verəndə ki, “6-cı maşını haradan almısıznız” buna ona acıq gəlir.

- Bu günlərdə müsahibələrinizin birində AYB haqqında əlinizdə faktların olduğunu bildirmişiniz. Bu hansı faktlardır?

- Qərara gəlmişəm ki, bu və ya digər faktları açıqlamaq üçün yollar axtarım. Məsələn, Çingiz Abdullayev çıxdı dedi ki, həmin 6-cı maşın heç onun deyil, digər maşını isə öz vəsaiti ilə alıb. Mən sübut edə bilmədim ki, 6-cı maşın onundur. Ona görə də bütün faktları açıqlamaq üçün müəyyən yollar axtarıram. Bu belə davam edə bilməz. Bu faktları çox adam bilir, lakin onları açıqlamağa çəkinirlər. Bəs biz də bunu deməsək, kim deyəcək?

Ümumiyyətlə, Rəşad Məcid və Xəyal Rza AYB-ni əməlli-başlı biznes mərkəzinə çevirib, öz monopoliyasına keçiriblər. Bütün tədbirlər onların diktəsi ilə baş tutur. Xəyal Rza qurumun vasitəsi ilə xarici ölkələrə gedəndə özünü şair kimi təqdim edir. Biz hələ də bilmirik o şairdir, jurnalistdir, yoxsa qurumun mətbuat katibidir? Axı ay Xəyal Rza, sən niyə 50 dəfə bir-birinin ardınca xaricə festivallara getməlisən? Bəyəm ölkədə şair, yazıçı yoxdur? Bir dəfə də onları göndərdin. Yoxsa ki, AYB-yə dəvətnamə gələn kimi özü qaçır ora.

- AYB-dən uzaqlaşdırıldız, sizcə siz bununla nəyi itirdiniz, nələrdən məhrum oldunuz?

- AYB-dən uzaqlaşdırılmaqla orada keçirilən bəzi mənası tədbirlərdə artıq iştirak etməyəcəm, vaxtım boş yerə sərf olunmayacaq.... Axı AYB mənə nə verib? Ömrümdə bir dəfə 5 il bundan əvvəl bir illik prezident təqaüdü verib, vəssalam. İtirən onlar olub.

Səslənən ittihamlarla bağlı qarşı tərəfin, AYB-nin mətbuat katibi Xəyal Rzanın da mövqeyini öyrənməyə çalışdıq. Qurum əməkdaşı ittihamlara bu cür cavab verdi: “Bəyəm mən şair deyiləm? İstəməzdim ki, bu formatda olan məsələlərə açıqlama verim. Əgər bir adam ki, cümlə quruluşunda bu cür səhvlərə yol verirsə, deməli həmin şəxsin zəkasında problemlər var. Bilmirəm bu suallara necə cavab verim. Əgər dediyi bu faktlardan yüzdən birini sübut etsə, təklif edəcəm ki, yeni mətbuat katibi qoy Elşad Barat olsun. Sadəcə ayıbdır! Adam pul dalınca qaçıb, AYB-yə gəlir. Baxın, onun statusları nədən ibarətdir? Özünü yazıq formaya qoyub, mədəni şəkildə dilənməkdənsə, kiməsə şər atmaqdansa, 3 balasını dolandırmaq daha yaxşıdır. Əvvəl Çingiz Abdullayevə şər atdı, tutmadı, sonra Rəşad Məcidə, daha sonra isə mənə... Məni tanıyanlar yaxşı bilir ki, hansı əqidənin sahibiyəm”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Mədət Quliyevin oğlu: "Çalışıram ki, insanlarla münasibətdə yekəxana olmayım" - VİDEOMÜSAHİBƏ
08.11.2019
32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm - Hafiz Hacıyev
28.10.2019
Pozneri şok edən Arzu: Nə sual verəcəyimi özümdən başqa heç kəs bilmirdi
24.10.2019
“Azərbaycanda futbol olmayacaq” - Aqil Abbas
21.10.2019
“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü