Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Azərbaycanda 660 min nəfərin pensiyası artacaq

12:46  |    19 İyun 2019  |   E-mail  |  Çapa göndər


Artım 660 min pensiyaçını əhatə edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü
16.07.2019
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib