Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır

10:14  |    15 İyun 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır

“Report”un xəbərinə görə, cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.

Cənazəni mərhumun yaxınları ilə yanaşı, sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.

Həlimə xanım bu gün Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir.

*** 06:10

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

"Report"un xəbərinə görə, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə təşkil olunacaq.

***04:12

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

"Report"un xəbərinə görə, Ə.Elçibəyin Türkiyədə yaşayan qızı Çilənay, kürəkəni Aqil Səmədbəyli də Bakıya gəlib.

H.Əliyevanın cənazəsini Müsavat başqanı Arif Hacılı, sabiq baş nazir Pənah Hüseyn, Ə.Elçibəyin ailə üzvləri və yaxınları qarşılayıblar.

Cənazə yaxın saatlarda ayrılan xüsusi təyyarə reysi ilə Naxçıvana aparılacaq. H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə olacaq.

Allah rəhmət eləsin!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu il Azərbaycanda 35192 nikah və 9793 boşanma halı qeydə alınıb
15.09.2019
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
14.09.2019
Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illik maaşı (ARAŞDIRMA)
11.09.2019
Murad Köhnəqala Əli Həsənovun müdafiəsinə qalxdı
11.09.2019
Əli Kərimlinin iqtidar-müxalifət tədbirinə çağırılmamasının SƏBƏBİ