Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Seyid Camal Ramil Usubova təşəkkür etdi

13:44  |    14 İyun 2019  |   E-mail  |  Çapa göndər


Bir neçə gün öncə Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin Cəlilabad rayonundan Bakıya qayıdarkən həyat yoldaşı, “Yeni Üfüq” İctimai Birliyinin rəhbəri Sevinc Əzimbəyli ilə birgə avtomobil qəzasına düşdüyü barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, C.Əzimbəyli bu xəbərə Daxili işlər naziri Ramil Usubovun dərhal reaksiya verdiyini və aidiyyəti qurumların lazımi addımlar atdığını bildirib. O, çevik reaksiya göstərdiyi üçün R.Usubova təşəkkürünü çatdırıb: “Biz o gün Cəlilabaddan xeyriyyə aksiyasından qayıdırdıq. Məqsədimiz dövlətimizə, dövlətçiliyimizə dəstək olmaq, aztəminatlı ailələrə qismən də olsa yardımçı olmaqdır. Cənab Prezident İlham Əliyevin sosial siyasətinin həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Məhz belə sosial aksiya məqsədilə Cəlilabada getmişdik və qayıdan zaman xoş olamayan hadisə yaşandı.

Qəza zamanı mən və həyat yoldaşım yüngül xəsarət almışdıq. Məhz qəza törədən avtomobilin sürücüsünün özündə olmaması və kimlərinsə onu mühafizə etməsi məni çox üzmüşdü. Lakin cənab nazir hadisədən xəbər tutan kimi dərhal göstərişlər verdi. Məhz nazirimizin müdaxiləsindən sonra haqq öz yerini tapdı. Günahkarlara qarşı hüquqi prosedur başladılmaqla yanaşı, qarşı tərəfdən bizə dəyən ziyan da ödənildi.

Daim dövlətçiliyimizin qorunması istiqamətində var qüvvəsi ilə çalışan, asayişin mühafizə olunmasında müstəsna xidmətləri olan Ramil Usubov bu addımı ilə bir daha göstərdi ki, günahı olan kimsə qanundan yayına bilməz. Və qanun qarşısında hamı bərabərdir. Mən bir daha cənab nazirə minnətdarlığımı bildirirəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
KÖHNƏ KIŞI
22.08.2019
Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədədir – həm də 95 yaşında...
22.08.2019
Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub - RƏSMİ AÇIQLAMA
21.08.2019
Şəhid qızı Orxanın təhsil haqqını ödədi - FOTO
20.08.2019
Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi - VİDEO