Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Mənsimovdan deputata cavab: Gərəksiz azarkeş?..

11:27  |    13 İyun 2019  |   E-mail  |  Çapa göndər


Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ötən gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı açıqlama verib.

Onun azarkeşlərin fikirlərinin əhəmiyyətsiz olması ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da Ağacan Abiyevin sözügedən açıqlamasına münasibət bildirib.

M.Mənsimov qeyd edib ki, deputatın azarkeşlərlə bağlı belə sözlər deməsi çox yanlışdır:

“Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ağlasığmaz bir açıqlama verib. Deputatın “azarkeşlərin gedib öz işləri ilə məşğul olması” ilə bağlı dedikləri məncə, yanlış yanaşmadır, sən xalqın ağası olmaq üçün deyil, onlara xidmət etmək üçün ordasan”.

M.Mənsimov bildirib ki, heç bir vətəndaş ölkənin adının məğlublar sırasında olmasını istəməz:

“Azarkeş olmasa, futbol olmaz! Azarkeş olmasa, ümumiyyətlə, idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur, əslində, siz yaxşı bilməlisiniz. Komanda uduzursa, “azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur” nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır və millət bayrağının heç vaxt yenilməsini istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək, “gərəksiz azarkeşlər” milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür”.

Qeyd edək ki, ötən gün millət vəkili Ağacan Abiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı demokrat.az-a açıqlamasında bu sözləri deyib:

“Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Mir Şahinin vaxtı: Gəncə işi ilə bağlı şok dəlillər - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
19.08.2019
İqbal Məmmədov "Relax”dakı davadan danışdı
19.08.2019
Sabahın HAVA PROQNOZU - 37 dərəcə isti