Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6362

Digər sorğular

Raquf Orucova həsr olunmuş roman Ağdam məktəbində təqdim olunub

21:02  |    12 İyun 2019  |   E-mail  |  Çapa göndər


İyunun 11-də Müşfiqabad qəsəbəsi yaxınlığında yerləşən Yeni qəsəbə yaşayış massivindəki Ağdam rayon 33 saylı köçkün orta məktəbində əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanının təqdimat və şəhidin anım mərasimi keçirilib.

Tədbirdə Raquf Orucovun həyat yoldaşı, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin rəhbəri Sevinc Əlizadə, qardaşı Zabil Orucov, Murovda keçdiyi xidmət vaxtı onun komandiri olmuş Rasim Fərşidov, tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu, “Komandir” romanının müəllifi Şərif Ağayar və başqaları iştirak ediblər.

Dövlət himninin sədaları ilə başlanın tədbir, Raquf Orucovun həyat və fəaliyyətini əks etdirən videoroliklə davam edib. Aparıcı Şəhla Behbudova ilk sözü məktəbin direktoru Nəsibə Hüseynovaya verib. Qonaqlara salamlayan Nəsibə xanım rəhbərlik etdiyi məktəbin kollektivi tərəfindən Qarabağ döyüşlərində şəhid olan soydaşlarımızın xatirəsinin həmişə əziz tutulduğunu qeyd edib, onların gənc nəslə tanıdılmasında görülən işlərdən danışıb.

Şərif Ağayar öz çıxışında Raquf Orucov şəxsiyyətindən danışıb, onu tanımağın, necə bir əsgər, necə bir zabit olduğunu bilməyin vacibliyindən söz açıb.

Rey Kərimoğlu vətən qarşısında hər kəsin bir vəzifəsi olduğunu bildirib. Qeyd edib ki, şagirdlərin ən ümdə işi yaxşı oxumaq, müəllim və valideynlərin başını uca etməkdir. Çünki elmi-savadı olmayan məmləkət heç vaxt qalib gələ bilməz.

Daha sonra ehtiyatda olan kapitan Rasim Fərşidov, “Vətən səsi” qəzetinin əməkdaşı jurnalist İsa Yunusoğlu, 33 saylı məktəbin müəlliməsi Azadə Quliyeva “Komandir” romanının məziyyətlərindən danışıb onu oxumağı tövsiyə ediblər.

Tədbir məktəb şagirdlərinin şeirlər söyləməsi və Abdal-Gülablı musiqi məktəbinin azyaşlı şagirdlərinin muğam ifası ilə davam edib.

Ailə adından Sevinc Əlizadə çıxış edərək tədbirin təşkili üçün məktəb rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda müəllif iştirakçılara hədiyyə olunan kitabları imzalayıb və xatirə şəkli çəkilib.







Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.06.2019
Müdafiə Nazirliyi: Atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
25.06.2019
Qarabağla bağlı növbəti təhlükəli ssenari
24.06.2019
Daimi nümayəndə: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə kommunikasiya mərhələsi yekunlaşıb"
24.06.2019
Baxmağa utandığımız VƏTƏN xarabalıqları...
24.06.2019
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub