Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Emmanuel Makron: Dünya müharibənin astanasındadır

21:49  |    12 İyun 2019  |   E-mail  |  Çapa göndər


“Dünya dərin böhran keçirir və böyük müharibənin astanasına gələ bilər”.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözlər Fransa prezidenti Emmanuel Makron tərəfindən qeyri bərabərlik, nəzarət olunmayan texnologiyalar və iqlim dəyişikliyi problemlərinin həlli ilə bağlı çıxışı zamanı səsləndirilib.

Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə nitq söyləyən Fransanın lideri texnoloji və ekoloji dəyişikliklərdən dolayı yaşamaq şərtləri təhlükə altına düşən insanların universal sosial müdafiəsi və onlara təzminat ödənilməsi təşəbbüsünü irəli sürüb.

“Hesab edirəm ki, bu, əsl xaosdur. Firkimcə, bizim nəslimiz yeni müharibənin gəlişini gözləmək yerinə onu indiki vəziyyətdə saxlamalıdır. Lakin bununla belə biz indi müharibənin astanasındayıq. Bu savaş bizim demokratiylarımızda baş verir. Hazırda dərin böhran yaranıb. Biz dəli deyilik. Əgər real tərəqqi arzulayırıqsa, üzərimizə ciddi öhdəliklər götürməliyik”,-deyə Fransa prezidenti tədbirdə söyləyib.

Onun sözlərinə görə, dünyada getdikcə artan qeyri-bərabərlik avtoritarizmi də gücləndirir. Seçicilər “demokratiya bizi vəhşi kapitalizmin gətirdiyi qeyri-bərabərlik vəziyyətindən xilas etmir” mesajını verir. Buna görə də bəziləri “gəlin divarlar tikək və çoxtərəfli sazişlərdən çəkilək” siyasətini yürüdür, - deyə fransız lider amerikalı həmkarı Donald Trampı da üstüörtülü şəkildə tənqid edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?