Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

"Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik" - Şəhriyar Rəhimov

17:44  |    12 İyun 2019  |   E-mail  |  Çapa göndər


Milli komandamızın müdafiəçisi Şəhriyar Rəhimov Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə məğlubiyyəti şərh edib.

- Məğlubiyyətin səbəbini nədə görürsən?

- Açıq demək lazımdır ki, Slovakiya bizdən daha yüksək səviyyədə futbol oynayır. Onların futbolçuları top-klublarda çıxış edir. Düşünürdük ki, mübarizliyimizi göstərib, nəticə qazana bilərik. Təəssüflər olsun ki, alınmadı. Yenə də bu, böyükhesablı məğlubiyyətimizə bəhanə deyil. Doğurdan da çox pis olmuşuq. Paltardəyişmə otağında heç kimin səsi çıxmırdı. Bu nəticəyə görə bütün xalqımızdan görə üzr istəyirik.

- Bu məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə daha da korlandı. Növbəti oyunlarda hazırkı vəziyyətdən çıxmaq mümkün olacaq?

- Ölkəmizi təmsil edirik. Biz də çalışırıq. Əlimizdən gələni edirik ki, haqqımızda xoş fikirlər səslənsin. İstəməzdik ki, azarkeşlər bizim haqda pis fikirləşsinlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təəssüf ki, bu gün belə alındı.

- Paltardəyişmə otağından gec çıxmağınıza səbəb nə idi?

- Baş məşqçi mətbuat konfransında idi, onun gəlməyini gözləyirdik. Bizimlə yüngül söhbəti oldu. Elə bir xüsusi səbəb yox idi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək