Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6363

Digər sorğular

Tanınmış şərqşünas ağır QƏZAYA DÜŞDÜ

20:16  |    11 İyun 2019  |   E-mail  |  Çapa göndər


Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli Cəlilabad rayonundan Bakıya qayıdarkən qorxunc avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, işıqforda "Nissan" markalı avtomobilində həyat yoldaşı ilə birgə dayandığı zaman arxadan sürətlə yaxınlaşan avtomobil onların maşınına çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü narkotik maddələrin təsirində olub.

Publika.az-ın müxbiri ilə danışan C.Əzimbəyli bu qəzadan xəsarət almadan çıxmalarının böyük xoşbəxtlik olduğunu deyib. O, Cəlilabaddan xeyriyyə aksiyasından qayıtdıqlarını bildirib. C.Əzimbəyli avtomobilinə 3 min manatdan artıq ziyan dəydiyini deyib.

"Şükür Allaha ki, salamatlıqdır. Amma məni üzən o oldu ki, heç bir sənədi olmadan avtomobil idarə edən, habelə özündə olmayan bu şəxs Cəlilabadda "hacı" adı ilə tanınan birinin zəngi ilə heç bir məsuliyyətə cəlb olunmadan mühafizə olundu. Bəs bu insan sabah daha dəhşətli qəza törətdikdə necə olacaq?", - o əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.06.2019
Londonda Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə keçirilir - VİDEO
23.06.2019
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı – VİDEO
23.06.2019
Şıxov çimərliyində 17 və 18 yaşlı iki gənc boğulub - YENİLƏNİB
23.06.2019
Eldar Əzizov yanğın baş verən əraziyə gəldi - Video
23.06.2019
Bakıda "X-Lady" mağazasında yanğın baş verib