Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6363

Digər sorğular

500 minədək məcburi köçkünün sosial müdafiəsi gücləndirilib - Dövlət Komitəsi

19:38  |    11 İyun 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 10 iyun 2019-cu il tarixli Fərman imzalayıb.

Fərman dövlətimizin başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” bu il fevralın 26-da imzaladığı 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Dəyişikliyə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılaraq, müvafiq olaraq, 22 manatdan 33 manata və 40 manatdan 60 manata çatdırılıb.

Yeni Fərmanla bu məbləğlər “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının mətninə daxil edilib.

Xatırladaq ki, vahid aylıq müavinətin artırılması 500 minədək məcburi köçkünün sosial müdafiəsinin gücləndirilməsinə və maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
25.06.2019
Yeni nazir polis rəisini işdən çıxartdı - Nöqsana görə
25.06.2019
Arzu Rəhimov general İsmail Hakkı Köseali ilə görüşüb
25.06.2019
“Atam şərəfli ömür yaşayıb” – Şirməmməd Hüseynovun qızı
25.06.2019
Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO