Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Prezident təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayırıb

13:32  |    11 İyun 2019  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.06.2019
Təhsil naziri “Son zəng” münasibəti ilə məzunları təbrik edib
04.06.2019
Millət vəkili: "Azərbaycanda qəbul imtahanları ləğv olunmalıdır"
02.06.2019
Buraxılış imtahanının ikinci mərhələsi keçirilir
31.05.2019
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb
30.05.2019
Nazirlik: "Sənədləri saxta olan tələbələr var"