Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6599

Digər sorğular

SAMSUNDAN BAŞLANAN YOL

23:05  |    10 İyun 2019  |   E-mail  |  Çapa göndər


Gərgin iş gününə baxmayaraq bizmlə isti və səmimi söhbət edən Türkiyə prezdenti bununla da sanki hər bir vətəndaşının Azərbaycana olan münasibətini göstərmiş oldu…

-15 milyyon insanı ağışuna alan bu şəhər yaşıllıqları, məscidləri, görməli yerləriylə solğun xəyal və parlaq ilğımı birləşdirir. Bir vaxtlar İstanbula “dünyanın anası” mənasını verən “Ümmi-dünya” da deyiblər.

-Sovet generallarının bu abidədə nə işi olduğunu anlamasamda maraqlı komleks alınıb. Yəqin ki, Atatürkə “Qardaş qardaşa borc verməz, yardım edər” deyən Nəriman Nərimanov orada daha yaxşı görsənərdi…

- Professor İbrahim Öztək : “TÜRK İNSANININ OXUMAĞA HƏVƏSİ OLMADIĞINA GÖRƏ KİTABDA FOTOLARI ÇOX ELƏDİM”

- Əhməd bəylə söhbətimiz “qazi” sözünü araşdırmaqdan başladı. Qazi qardaşımız dedi ki, bu söz ərəbcədən gəlib və “savaşan, qəza edən, düşmənlə döyüşüb şəhid olmadan geri dönən insan” mənasında bir ünvandır. Türk milləti üçün şəhidlər “nurlanmış”, qazilər isə “şərəflənmiş” şəxslər deməkdir.

“BİZİM QIZIL ALMAMIZ BÖYÜK VƏ GÜCLÜ TÜRKİYƏNIN İNŞASIDIR”

Rəcəb Tayyib Ərdoğanın mayın 19-unda Samsunda Təkkəköy Konqres Salonunda verdiyi iftar süfrəsində türkiyəli qazilərlə birlikdəydik. İftardan sonra Türkyənin Cumhurbaşqanı maraqlı çıxış elədi: “Hər millətin bir hədəfi, davası, uğrunda ölümü gözə aldığı qızıl alması vardır. Bizim qızıl almamız da müasir mədəniyyətlər səviyyəsinin üstündə böyük və güclü Türkiyənin inşasıdır. Tarix yazan, yeni dövrlər yaradan, bütün insanlığın ümidi bu milləti təkrar liderliyə daşımaqdır”.



Rəcəb Tayyib Ərdoğan gənclərin həyəcan və enerjisinin ona həmişə xoşbəxtlik verdiyini, 40 illik siyasi həyatının hər səhifəsində gənclərə daha gözəl Türkiyə vermək üçün çalışdığını söylədi.

O, çıxışında Canaqqala Zəfərini, Samsundan başlayıb İzmirə qədər davam edən böyük mübarizənin hafizələrdə həmişə yaşadacaqlarını bildirdi. Türkyənin Cumhurbaşqanı nitqini Mehmet Akif Ərsoyun misralarıyla bitirdi:

“Sahibsiz olan məmləklətin batması haqdır,
Sən sahib çıxarsan bu Vətən batmayacaqdır!”


Birazdan Türkiyəli qazilərlə birlikdə Samsun valiliyinin bizim üçün ayırdığı aftobusla otelə qayıtdıq. Görüş başa çatsada qəlbimizdə və fotolorda, o cümlədən selfilərdə maraqlı təəssüratların izi qalmşdı.Yorğun olmasına baxmayaraq bizmlə isti və səmimi söhbət edən Türkiyə prezdenti bununla da sanki hər bir vətəndaşının Azərbaycana olan münasibətini göstərmiş oldu…

ADDIM-ADDIM SAMSUN

Oteldə səhər yeməyindən sonra Türkiyə Müharibə Qaziləri Dərnəyinin Samsun şöbəsininə baş çəkdik. Türkiyə Müharibə Qaziləri Dərnəyinin Samsun şöbəsininin başqanı Əhməd Dirilə nümayəndə heyətimiz adından müxtəlif hədiyyələr təqdim olundu və birlikdə müzakirələr aparıldı. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli samsunlu qaziləri Bakıya dəvət etdi. Daha sonra Canikdə Bandırma gəmi muzeyinə, İlkadımda Qazi muzeyini, İlkadımda Atatürk parkını ziyarət etdik. Parkda Atatürkün at belində heykəli 1932-ci ildə qoyulub və Samsunun simvollarından birinə çevrilib.

Bizə bildirdilər ki, bir çox dövlət və özəl xəstəxanaları ilə tibbi turizmin inkişafına nail olunub. Samsun tibbi alətlər istehsalına görə dünyanın üçüncü şəhərdir. Bir çox beynəlxalq idman yarışalrının keçirilməsi isə bölgənin idman turizminin mərkəzlərindən birinə çevirib: Samsun 2017-ci ildə XXIII Eşitmə Əngəllilər Olimpiadasına ev sahibliyi edib.

Axşam yeməyini Qaradəniz sahilində olan bir yeməkxanada yedik. Qonaqpərvərlikləriylə və səliqiqəli davranışıyla diqqətimizi çəkən ofisantlardan biri Azərbaycandan olduğunu dedi. Samsunda 19 may Universtetinin psixolgiya fakultəsində oxuyurmuş həmyerlimiz. Dərsədən sonra burda bir növbədə çalışmaqla təhsil və digər xərcləri qarşılaya bildiyini dedi.



Samsunda olduğumuz axırıncı gün nahara Samsun Ailə Çalışmaları və Sosial Xidmətlər Şöbəsinin nümayəndələri də gəldilər. Vilayət müdürü Təkin Balçı bizim səfər təəssüratlarımızla maraqlandı, müxtəlif şirniyat və hədiyyələr təqdim etdi.
Samsunda 3 günün necə keçdiyini bilmədik. Səfərimizin növbəti səhifəsi İstanbul idi.
İstanbul İstanbul olalı…

Atatürkün “Türk tarixinin və mədəniyyətinin xülasəsi” adlandırdığı şəhər haqqında yazmaq həm çətin, həm də asandır. Buranı sadəcə görmək və cazibəsinə tabe olmaq lazımdır. 15 milyyon insanı ağışuna alan bu şəhər yaşıllıqları, məscidləri, görməli yerləriylə solğun xəyal və parlaq ilğımı birləşdirir. Bir vaxtlar İstanbula “dünyanın anası” mənasını verən “Ümmi-dünya” da deyiblər.

İstanbulun ən məhşur yerlərindən biri “Bəyoğlu” məhəlləsidir. Əvvəlcədən bilirdik ki, qalacağımzı dörd ulduzlu otel elə burada, Taksim Meydanında yerləşir. Məşhur “İstiqlaliyət caddəsi” də bu istiqamətdədir. 7 gün 24 saat hərəkətli olan bu küçənin uzunluğu 1400 metrdir. Taksim Meydanının simvoluna çevrilən abidə italyalı heykəltaraş Petro Canonicya tərəfindən 1928-ci ildə daş və bürüncdən hazırlanıb. Abidənin bir üzü Cumhuriyet Türkiyəsini, diğer tərəfi isə Qurtuluş Savaşını əks etdirir. Şimal tərəfində Mustafa Kamal İsmət İnönü, Fevzi Çaxmaq, Kliment Voroşilov, Mixail Frunze və başqaları təsvir edilib. Sovet generallarının bu abidədə nə işi olduğunu anlamasamda maraqlı komleks alınıb. Yəqin ki, Atatürkə “Qardaş qardaşa borc verməz, yardım edər” deyən Nəriman Nərimanov orada daha yaxşı görsənərdi…

Qeydlərin bu yerində səfər proqramının uğurlu tərtibinə görə Gənclər və İdman Nazirliyinin əməkdaşı Elçin Nəcəfova və Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənliyə iştirakçılar adından təşəkkürümü bildirirəm.

Bizi hava limanından otelə aparmağa Türkiyə Müharibə Qaziləri Dərnəyinin İstanbul şöbəsi başqanı Əhməd Kəndigəlin “kəndisi” gəlmişdi.
TÜRKİYƏDƏ QAZİLİK DÜNƏN BU GÜN

Polkovnik rütbəsiylə ehtiyata buraxılan Əhməd Kəndigəl səmimi və məlumatlı insandır. Əhməd bəylə söhbətimiz “qazi” sözünü araşdırmaqdan başaldı. Qazi qardaşımız dedi ki, bu söz ərəbcədən gəlib və “savaşan, qəza edən, düşmənlə döyüşüb şəhid olmadan geri dönən insan” mənasında bir ünvandır. “ Bu ünvan Türk mədəniyyətində çox geniş yayılıb. Qazi halvası adlı şirniyatdan “Qazi yarısı” adlı zinyət əşyasınadək. Türkiyədə Qaziantep, Qazipaşa, Qaziemir, SultanQazi, Qazibeyli kimi yer adları vardır. Tarixə “Qazi” ünvanıyla düşən qəhrəmanalrımız da çoxdur: Qazi Mustafa Kəmal Atatürk, Ertuğrul Qazi, Osman Qazi, Orhan Qazi, Qazi Evrenos Bey, Qazi Hüsrev Bey, Melik Qazi, Dânişmend Qazi, Qazi Çelebi, Qazi Giraylar, Qazi Mihal ve diyərləri…”

Əhməd bəyin fikrincə “Alp” sözü qazinin Türkcə qarşılığı sayıla bilər. Hətta İslamın qəbul olunmasından əvvəl “alpqazi”, “alpərən” şəklində müraciətlərin olması məlumdur. Səlçuklu Dövlətinin ikinci hökümdarı Alp Arslanın, Osman Bəyin babası Gündüzün unvanı da ‘Alp’ idi. Osman Qazinin arkadaşları arasında hem Abdurrahman Qazi gibi ‘gazi’, hem de Qonur Alp kimi ‘alp’ unvanlı komandanlar vardı.
Anadolu qazilerinin mənəvi öndəri olan Seyyid Battal'ın adı, Türk edebiyatında ‘Qazi’ ünvanıyla birleşmişdir. ‘Battal Qazi Dastanı’ Türk qaziliyinin ruhunu yansıtır.

“Birinci Dünya Savaşında, Qurtuluş Savaşında, Kore Savaşında ve Kıbrıs Barış Hərəkatıında bir çox əsgərimiz şəhid oldu, bir kısmı da qazi olarak evine, yurduna döndü. Türkiyə dövləti bir qanun ilə şəhid yaxınlarına “Şərəf Medalı” verərək şəhidlik maaşı ayırdı. Qazilərə də aylık müavinət ayrıldı, müalicə, nəqliyat və başqa xidmətlərdə güzəştlər edildi. Türk milləti üçün şəhidlər “nurlanmış”, qazilər isə “şərəflənmiş” şəxslər deməkdir. Bunların önündə isə, Qazi Mustafa Kamal Atatürk gəlir” – deyə Əhməd bəy məlumat verir.

Söhbətimizə Emin Həsənli qoşulur və Azərbaycanda Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, eləcədə Aprel qaziləri üçün yaradılmış şəraitdən danışır.
Əhməd Kəndigəl qürurla - “Bu gün vətən torpaqlarında müstəqil yaşaya bilməyimizin səbəbi şəhid olmağı gözə alaraq gül baxçasına gedirmiş kimi cəbhəyə yollanan Alp-ərən ruhlu insanlardır” – deyir.

MARAQLI ZİYARƏTLƏR







İlk ziyartətimiz İstanbulun Sarıyer bələdiyyəsi ərazisində ümummilli Lider Heydər Əliyevin adının verildiyi parka oldu. Ulu öndərin abidəsini ziyarət edərək xatirəsini yad etdik. Səfərimizlə bağlı məlumatlı olan İctimai Televiziya və Azərbaycan Televiziyasının Türkiyə üzrə xüsusi müxbirləridə burdaydılar.

Çəkilişdən sonra parkda Türkiyə qaziləri ilə söhbət edərək, xatirə şəkilləri çəkdirdik.
Daha sonra Osmanlı ordusunun şərq qoşunları komandanı Kazım Qarabəkir paşanın ev muzeyinə getdik. Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir qonaqları salamlayaraq Qarabəkir Paşanın milli istiqlal savaşında qəhrəmanlığından qürur duyduğunu diqqətə çatdırdı. TOHGMİB-nin sədri Emin Həsənli bildirdi ki, ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı və Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir” fikri, iki qardaş dövlət arasında münasibətlərin təməl prinsipidir.

Türkiyə Müharibə Qaziləri Dərnəyinin İstanbul şöbə rəhbəri Əhməd Kəndigəl məlumat verib ki, Azərbaycan və Türkiyə qaziləri arasında qarşılıqlı səfərlərin təşkili artıq 4-cü ildir ki davam edir.

Muzeydə Kazım Qarabəkir Paşanın slikondan hazırlanmış abidəsi sanki canlıymış təsiri bağışlayır. O dövrün ab-havasının ustalıqla saxlanması da diqqətimizi çəkir.

“TÜRK İNSANININ OXUMAĞA HƏVƏSİ OLMADIĞINA GÖRƏ KİTABDA FOTOLARI ÇOX ELƏDİM”

Söhbətimizi çay bağçasında davam etdirik. Görüşdə professor İbrahim Öztəkdə iştirak edir. Bizim hər birimizə “100-cü ilində Erməni sorunu” kitabını bağışlayır və Qarabağ həqiqətləri, uydurma “Erməni soyqrımı” haqqında ətraflı söhbət edir. Əsərdə ermənilərin terror strategiyaları və xəyanət tarixi ustalıqla əks etdirilib. Müəllif zarafatla “Türk insanının oxumağa həvəsi olmadığına görə kitabda fotoları çox elədim” – deyir.

QAZİ EVİ - TÜRKİYƏ MÜHARİBƏ QAZİLƏRİ DƏRNƏYİ

Başqaların bilmirəm, mənim üçün bu səfərdə “özümüzü öz evimizdə” hiss etdiyim yer Türkiyə Müharibə Qaziləri Dərnəyinin İstanbul şöbəsi oldu. Başqan Əhməd Kəndigəl başda olmaqla türkiyəli qazilərin səmimiyyəti yadımızdan çixmır. Buna görədə bu şöbə haqqında az da olsa yazmağı özümə borc bilirəm.

Türkiyə Müharibə Qazilər dərnəyi 1984-cü ildə yaradılıb və 67 şöbəsi var.

İstanbul şöbəsinin başqanı Əhməd bəy deyir ki, savaşa qatılıb döyüşən hər kəs ‘Muharip gazi’ – müharibə qazisidr. Yaralalanlar isə “məlul gazi” adlandırılır. Sonuncu “İstiqlal savaşı qazisi” 2008-ci ildə 105 yaşında vəfat edib. Hazırda İstanbul şöbəsinin Koreya, Kipr qaziları, terrrola mücadilə qaziləri və vafat etmiş qaziların həyat yoldaşları olmaqla 2800-dən çox üzvü var. Ən çox Kipr qazisidir – 1972 nəfər.
Dərnəkdə toplantı salonu, başkan odası, kitaabxana, mühasib və idarə heyəri otağı və çay ocağ var. Amma buranın bəzəyi əlbətdə ki, canlı tarix olan qazilərdir.
85 yaşına baxmayaraq qıvraq olan Səlcuq Baba, Əhməd Taşqın, Oktay Yoluağ, Mehmet Aktən, Zəfər Murad Çətindaş kimi onlarla gözəl insanla burda tanış olduq. Bu arada qeyd edim ki, telefonu İstanbula gəldiyimiz ilk gün taksidə unutduğum üçün yazıda türkiyəli qazilərin adlarının hamısını verə bilmirəm. O ki qaldı, telefona, axtarmağın faydası olmadığına inandırdıqları üçün bir toyuq dönəri və ayranla dilxorçuluğumu keçirməyə çalışdıq və nail olduq.)

Qayıdaq göz və qulaq yaddaşımızda qalanlara. Emin Həsənli səfərin məqsədi haqqında türkiyəli qazilərə məlumat verərək, iştirakçıları təqdim etdi. Qarabağ müharibə veteranları, Aprel qaziləri və digər çıxış edənlər burda qəriblikdə olmadıqlarını və eyni mədəniyyət və soy-kökün yaxınlığını hiss etdiklərindən danışdılar.

Səfərdə maraqlı məqamlardan biri Türkiyə Silahlı Qüvvələrinin İstanbul Qarnizonunun komandanı, ordu generalı Musa Avsevərin qardaş ölkədə səfərdə olan Azərbaycan qazilərini və hərbiyönümlü QHT təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul etməsi oldu. Görüş zamanı Emin Həsənli Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığının güclənməsi və birgə hrəbi təlimlərlərinin bun sübutu olmasından söz açdı. Azərbaycan qaziləri adından hədiyylər təqdim edildi və xatirə şəkilləri çəkildi.

Boğazda gəmiylə gəzinti və konsert proqramı da yadda qalan oldu. Müğənninin bizim iştirakımızı biləndə salamlaması və Azərbaycan mahnılarını oxuması tur iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sonu bədbin notlarla bitirmək istəmirəm, amma bunu mütləq yazmalıyam. İstanbulda bir neçə kitab mağazasına baş çəkdim. Ermənilərin “İnfomasiya müharibəsi” istiqamətində düşünülmüş addımlarının Türkiyədə gördüyüm təzahürləri məni çox qıcıqlandırdı. Erməni kilsəsi və digər miflər, yalanlar üzərinə qurulmuş təbliğat maşının kütləvi nəşrləri qarşısında Azərbaycan həqiqətləriylə bağlı demək olar ki, heç nə görmədim. Ümid edirəm ki, digər ölkələrdə belə deyil.

Yazıda digər səfər iştirakçılarının çəkdikləri fotoları paylaşıram. (Səbəb azərbaycanl oxucunun oxumağa marağ olmaması deyil). Bəlkədə bu səfər haqqında təsəvvürün dolğunlaşmasına səbəb olacaq. Qardaş Türkiyəyə qazilərimizin gözüylə baxmağın maraqlı olduğuna inamla sağollaşıram...







Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2019
Oqtay Gülalıyev komadan nə vaxt çıxacaq? - professor danışdı
05.12.2019
Azərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edib
30.11.2019
Deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov milyonları ödəyə bilmir: 3 obyekti və bağçası satılacaq - TƏFƏRRÜAT
29.11.2019
Mənsimovdan sərt bəyanat: Satqın, murdar tülkü... - Video
23.11.2019
Oqtay Gülalıyevin səhhəti ilə bağlı yeni XƏBƏR