Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq

21:19  |    10 İyun 2019  |   E-mail  |  Çapa göndər


Nəticədə 58 rayonda belə mərkəzlər fəaliyyət göstərəcək

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə daha daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq.

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil ediləcək. Həmin mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.

Uşaqların bacarıqlarının artırılması üçün işlər aparılacaq, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılacaq. Onların vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər təşkil olunacaq.

Qeyd edək ki, hazırda nazirliyin sifarişləri əsasında 28 rayonda günərzi qayğı mərkəzi fəaliyyət göstərir. 1 iyun 2019-cu il tarixli Sərəncamın yaratdığı imkanlar nəticəsində artıq 58 rayonda belə mərkəzlər fəaliyyət göstərəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"
17.10.2019
Bu gün beş rayonun qaz təchizatında fasilələr olacaq
16.10.2019
“Azəriqaz”: Payız-qış mövsümünə hazırıq
15.10.2019
Yeni sahələr üzrə peşə hazırlığı kurslarına qeydiyyat davam edir
14.10.2019
“İşsizin dostu” proqramına kimlər cəlb olunub?