Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

Xarici vətəndaş “Ege hospital”dan tibbi yardım alan zaman ölüb - YENİLƏNİB

17:30  |    10 İyun 2019  |   E-mail  |  Çapa göndər


“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

Hospitaldan “Report”a daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: “Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.

Xatırladaq ki, Yadrişnikova Lyudmila Rusiyada onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiyada edilən tibbi müdaxilələr dayandırılıb”.

Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

*** 10:32

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege hospital”da qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var
20.11.2019
Bakıda gəlin maşını yanıb - VİDEO
20.11.2019
Balakəndə əməliyyat: Narkobaron Bəxtiyar tutuldu
18.11.2019
Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ
18.11.2019
Xəzərdə neftçi batıb