Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6600

Digər sorğular

Sahil Babayev və müavinləri vətəndaşlarla görüşəcəklər

11:49  |    10 İyun 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində, müavinləri Göygöl və Samux rayonlarında vətəndaşlarla görüşəcəklər

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq iyunun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində vətəndaşları fərdi qaydada qəbul edəcək.

Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Göygöl rayonunda və Mətin Kərimli Samux rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyunun 26-dək qəbula yazıla bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.12.2019
Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı
30.11.2019
Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib
30.11.2019
Bu nazirliyin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb
29.11.2019
Yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır
27.11.2019
Pensiya məsələləri ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə nazirlik CAVAB VERDİ