Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Fuad Abbasov bu gecə Bakıda olacaq

14:31  |    07 İyun 2019  |   E-mail  |  Çapa göndər


Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gecə 03.35-də Bakıda olacaq.

Bu barədə jurnalistin müdafiəsi ilə məşğul olan gənc fəallar Musavat.com-a məlumat verib. Jurnalistin bileti artıq alınıb və səhər saatlarında təyyarəsi Bakıya enəcək.

Jurnalistin vəkili Elman Paşayev musavat.com-a açıqlamasında bildirdi ki, artıq F.Abbasovun etapı sifariş edilib. Gecə saatlarında Şeremetova aeroportundan uçuş başlanacaq. Jurnalist 23:45 radələrində baş tutacaq uçuşla Bakıya yola salınacaq və 03.35-də Bakıda olması gözlənilir.
Vəkil xatırlatdı ki, Rusiyadan deport qərarı həftənin çərşənbə axşamı və cümə günləri həyata keçirilir.

Musavat.com xatırladır ki, jurnalistin ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
KÖHNƏ KIŞI
22.08.2019
Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədədir – həm də 95 yaşında...
22.08.2019
Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub - RƏSMİ AÇIQLAMA
21.08.2019
Şəhid qızı Orxanın təhsil haqqını ödədi - FOTO
20.08.2019
Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi - VİDEO