Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Cənub bölgəsinin ən yaşlı sakini: 20 nəticəsi, 5 kötücəsi var

10:35  |    03 İyun 2019  |   E-mail  |  Çapa göndər


İyunun 1-də Azərbaycanın cənub bölgəsinin ən yaşlı sakini Mirzadə Cabbarovanın 104 yaşı tamam olub.

Bir əsrdən çox yaşı olan Mirzadə Cabbarova hazırda Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır. Onun ömür yolu da bu dünya kimi keşməkeşli olub.
Masallı rayonunun Sığdaş kəndində anadan olan Mirzadə nənə rayonun Kolatan kənd sakini Hətəm Cabbarovla ailə həyatı qurub, 4 oğul və 1 qız uşağı dünyaya gətirib. Oğlu Aşur 7 yaşında, qızı isə körpə yaşlarında dünyasını dəyişib.

Mirzadənin kənddə kolxoz sədri işləyən həyat yoldaşı Hətəm Cabbarov evə ikinci arvad gətirdikdən sonra ailədə problemlərin olduğunu görən böyük oğlu Aydın anasını Bakıya, öz yanına aparır.

3 il Bakıda yaşadıqdan sonra Aydın anası ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndinə köçür və tikinti təşkilatında sürücü işləyir.

Həmin vaxtdan Sütəmurdov kəndində yaşayan Mirzadə nənənin böyük oğlu Aydın Cabbarov 2011-ci ildə vəfat edib.

Ağbirçək nənənin digər oğlanları - Alxas Lənkəranın Sütəmurdov, Əlizadə isə Darquba kəndində yaşayır. Hazırda Mirzadə nənənin 10 nəvəsi, 20 nəticəsi və 5 kötücəsi var.

Mirzadə nənə gəlini Gülzardan razılığını ifadə edərək deyib: “52 ildir onunla bir yerdə yaşayıram. Aramızda heç vaxt söz-söhbət olmayıb, həmişə hörmətimi saxlayıb. Böyük oğlumun ətrini ondan alıram. Nəvə və nəticələrimdən isə ən çox Məhəmmədi çox istəyirəm. Həmişə yanımda olur, məni darıxmağa qoymur. Evdə səsimə birinci səs verən Məhəmməd olur. Mənim ad günümü birinci Məhəmməd təbrik etdi”.

Mirzadə nənənin valideynləri də uzunömürlü olub. Atası Mirabdulla Ağayev 103, anası Mərziyə isə 108 il ömür sürüb.

Mirzadə nənə bu gün də qıvraqdır, səhhətində elə bir ciddi problemlər yoxdur. O, dərmanlarla deyil, türkəçarə ilə müalicə olunduğunu bildirib: “15 yaşından 70 yaşına kimi kolxoz və sovxoz təsərrüfatında çalışmışam. Özüm öz işlərimi görürəm. Yalnız gözlərim zəif görür. Ev işlərində övladlarıma yardım edirəm. Kəndin bütün xeyir-şər məclislərinə gedirəm. Düzgün qidalanıram. Bitki çaylarından, xüsusən də bağayarpağı çayından istifadə edirəm. Ömrüm boyu süd məmulatları ilə qidalanmışam”.

Ağbirçək nənə çox ömürlülüyün sirrini özünəməxsus tərzdə ifadə edərək gənclərə tövsiyələrini də çatdırıb: “Ömür Allahın insana bəxş etdiyi paydır, böyük nemətdir. Gərək bu nemətin qədrini biləsən. Cavanlara tövsiyəm odur ki, çox yaşamaq istəyirlərsə, yeməklərinə fikir versinlər, hər nə gəldi yeməsinlər. Sakit həyat tərzi keçirsinlər, pis işlərdən uzaq olsunlar. Xalqımıza isə firavanlıq, xoşbəxt günlər arzulayıram. Mən seyid qızıyam. Allah dualarımı qəbul eyləyər, inşallah”. (AzərTAc)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
14.09.2019
Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illik maaşı (ARAŞDIRMA)
11.09.2019
Murad Köhnəqala Əli Həsənovun müdafiəsinə qalxdı
11.09.2019
Əli Kərimlinin iqtidar-müxalifət tədbirinə çağırılmamasının SƏBƏBİ
10.09.2019
YAP icra katibinin müavininin açıqlaması gündəmi silkələdi - Siyavuş Novruzov niyə belə dedi?