Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6664

Digər sorğular

Polad Bülbüloğlu Rusiyada mükafat aldı - “Şərəf və ləyaqət” nominasiyası üzrə- Foto

12:38  |    01 İyun 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, məşhur bəstəkar və müğənni Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” ictimai mükafatının “Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı adına layiq görülüb.

"Azərtac" xəbər verir ki, mayın 31-də İttifaqlar Evində keçirilən mükafatlandırma mərasimində Rusiyanın və MDB ölkələrinin tanınmış ictimai və mədəniyyət xadimləri, siyasətçilər iştirak ediblər.

Polad Bülbüloğlu mükafatlandırma mərasimində çıxış edərək əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ictimai mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür. O vurğulayıb ki, xalqlarımız bir ölkədə yaşamış, birlikdə faşizmə qalib gəlmişlər. Səfir deyib: “Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün çox dəyərlidir”.

“Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafat alanlar arasında SSRİ Xalq artisti Vasili Lanovoy, Özbəkistanın Xalq artisti, “Yalla” ansanblının rəhbəri Fərrux Zakirov və başqaları da var idi.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Onunla nəfəs alıram, bir gün görməyəndə darıxıram” - 76 yaşlı Xalq artisti
21.01.2020
Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL
18.01.2020
Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi