Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

Sənə bir qisas, övladlarına ehtiram borcumuz var, Aqil!

09:31  |    01 İyun 2019  |   E-mail  |  Çapa göndər


Quzanlı qəsəbəsindən evə gəlirəm.

Elgün Gəncimsoy |

Hərbi hissə qərargahının yolunda bir zabit maşın gözləyir. Saxladım. Maşına yaxınlaşıb hara qədər getdiyimi soruşdu. Ona siz gedəcəyiniz yoldan keçirəm dedim. Əyləşdi. Əlində hərbi portfel var idi. Adətən zabitlərdən haralı olmaları barədə mənasız suallar soruşmuram. Ünsiyyət yaratmaq istəyirəm. Amma nə soruşum?...

Sakitcə maşını idarə edirəm. Bu da dinmir. Eləcə qabağa baxır. Düzü hara getdiyini də bilmirəm. Amma mən yaşadığım qəsəbəni çoxdan keçmişdik. Əhmədağalı kəndində o mənə saxlamağı xahiş etdi. Saxladım. Sağollaşıb getdi.

Nə xoş təsadüf... Həmin zabit yenə ordadır və yenə onunla görüşüb maşına götürdüm. Artıq harada düşəcəyini də bilirəm... O sonuncu dəfə maşına oturanda kefi yaxşı idi. Yəqin ki yüksək komandanlıq xidmətin qiymətləndirmişdi. Xeyli danışıb güldü. Yaşadığım qəsəbədən keçirdik. Mənə baxıb sual verdi: - Hər dəfə sənə zəhmət verirəm. Bəlkə qardaşın sənə yanacaq pulu versin?.. Adama gülə-gülə cavab verdim: - Komutan, maşın qardaşımındır. Mənim bu qədər bahalı maşın sürməyə maddi imkanım yoxdur. Amma sizin kimi kişiləri hər zaman hər yerə çatdırmağa borcluyuq. Biraz yol getdik. mənzil başında saxlayıb onu düşürdüm. Həmin gün portfeli arxa oturacağın üstünə qoymuşdu. O arxa qapını açıb portfeli götürdü. Pəncərədən düz gözümün içinə baxıb dedi: - Elgün , sənə söz verirəm, çalışacam ki bu torpağa layiq şəkildə burdan ayrılım və heç bir ağdamlıya borclu qalmayım... -narahat olma, qadan alım, borclu, deyilsən , - deyib, xudafizləşdim...

Dəyərli qardaş! Şəhid olma xəbərini eşidəndə sarsıldım. Özümə gələ bilmədim. İlk ağlıma gələn son görüşümüzdə mənə verdiyin söz oldu... Şəhid hekayəsindən başqa heç bir həyat hekayəsi məni ağlatmır. Təəssüf ki sənin hekayən də ağlatdı məni...

Əmin ola bilərsən ki nəyin ki ağdamlıları bütün azərbaycanlıları özünə borclu buraxıb getdin AQİL!

Unutma, sənə bir qisas, övladlarına isə ehtiram borcumuz var. Borcluyuq sənə əziz qardaşım... Borcluyuq...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
19.07.2019 Xoşbəxtlik libası satan bədbəxt
20.04.2019 Naməlum Şəhid məzarlarına həsr edirəm...