Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bu əlamətlər sizdə varsa, MÜTLƏQ HƏKİMƏ GEDİN - Beyin şişi təhlükəsi

20:49  |    30 May 2019  |   E-mail  |  Çapa göndər


Görmədəki dəyişikliklər daxili orqanların patologiyaları ilə sıx əlaqəlidir.

Endokrin dəyişiliklər, hipertoniya, baş beyin patologiyaları, birləşdirici toxuma patologiyalari, infeksion xəstəliklər görmə orqanlarında özünəməxsus dəyişiliklər yaradır.

Medicina.az cüt görmənin səbəbləri və nəticəsi haqqında ətraflı məlumatı təqdim edir.

Cüt görməyə səbəb olan amillər:

- Endokrin dəyişiliklər

- Şəkərli diabet

- Baş-beyin patologiyası

- İnfeksiyon xəstəliklər

- Metabolik xəstəliklər

- Vitamin A defisiti

Diplopiya - başqa adla ikili görmə, beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınmasıdır. Hər iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda iki görmə varsa, nevroloji bir pozulma olduğu düşünülməlidir. İki görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Göz əzələlərini cəlb edən xəstəliklərindən də iki görmə yarana bilir. Beyindən qaynaqlanan iki görmənin səbəbləri arasında beyin damarlarında yaranan bir sıra problemlər sayıla bilər.

Cüt görmə beyin şişi əlaməti ola bilər

Sözügedən durum ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bu zaman müayinə olunub, yaxınlaşan təhlükə barədə maariflənmək və vaxtında qarşısının alınması üçün addımlar atılmalıdır. Mütəxəsislər cüt görməni ciddiyə almaq barədə insanlara xəbərdarlıq edir. Bu əlamətlərin beyin şişi simptomlarının xəbərçisi olduğu ehtimalından da xəbər verir.

Aşağı və yuxarı baxa bilməmək

Sıx-sıx yüksək təzyiq və diabet kimi xəstəliklərə bağlı olaraq damarlarda tıxanmanın təsiri ilə və yaxud baş-beyin travması ilə də cüt görmə müşahidə edilir. Bu əlamətlərlə yanaşı, xəstə aşağı və yuxarı baxa bilmir, göz qapağı düşürsə, bu əlamətlər beyin şişi ehtimalını artırır.

İki görmənin tək, yoxsa iki gözdə də olub-olmaması vacib amildir. Bu diqqətçəkən məqamlardandır. Həkimlərin sözlərinə görə, mütləq müayinə olunub təsdiqlənməlidir.

Hər iki gözdə də olmaya bilər

Cüt görmə iki gözdə də olmaya bilər. Biraz maili, nisbətən kölgəli ola bilər. Ən önəmilisi isə pasientin tək gözü açıq olanda yox, hər iki gözü açıq olanda cüt görməsidir. Gözün biri bağlananda görüntü tək, hər iki göz açıq olanda isə cüt görüntü olursa, bu ciddi vəziyyətdir.

Vaxt itirmə!

Cüt görmə simptomunda vaxt əsla itirilməli deyil. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.09.2019
Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ
07.09.2019
Köp deyib keçməyin! Ağır xəstəliklərin simptomu ola bilər
01.09.2019
Tez yuxuya getmək üçün bunları edin
01.09.2019
Kartofu qızardarkən xərçəng törədən maddə yaranır - Düzgün bişirilmə qaydası
01.09.2019
Bu əlamətlər varsa, qanınız azdır - Anemiyanın 12 SİMPTOMU