Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Cavid Qurbanov: "Bakı-Tbilisi-Qarsla sərnişin daşınması bu ilin avqustunda mümkün olacaq"

17:51  |    27 May 2019  |   E-mail  |  Çapa göndər


"Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

"Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır".

C. Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

“Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”.

Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM