Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

İqtidarda heç nəyə yaramayan adamlar var – Millət vəkili

11:18  |    27 May 2019  |   E-mail  |  Çapa göndər


Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik edərkən eyni zamanda ölkəmizdə başladılmış islahatlara öz dəstəyini ifadə edib. Azərbaycan hansısa formada ABŞ-dan bu istiqamətdə kömək istəyə bilərmi?

- Əlbəttə istəyə bilər. Əvvəllər də bir neçə dəfə söyləmişəm ki, biz xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmlərini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas prezidentin siyasi iradəsidir. Əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu, kökündən yalnış yanaşmadır. İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və destruktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır. Travmatoloq cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda xəstə ən yaxşı halda şikəst olacaq.

- Azərbaycanda məgər siz dediyiniz "cərrahlar" yoxdurmu?

- Əvvəla, varsa da kifayət qədər deyil. İkincisi, onlar da ayrı-ayrı qruplara bağlı olduqlarından, hətta yüksək vəzifələrə təyin olunsalar belə, lazımı effekti verməyəcəkdir. Ona görə xaricdən savadlı, təcrübəli mütəxəssisləri keçid dövrü islahatlarını aparmaq üçün dəvət etmək olar. Onlar hazırladıqları "Yol xəritəsi"nin həm də icrası ilə məşğul olmalıdırlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Əliyev ilk səfərini niyə Gəncəyə etmişdi? - Akademik danışdı
07.06.2019
Nikol hər şey edir ki, Bakı zərbə endirsin… – Trofimçuk
02.06.2019
“Şəhid olan hər hərbçimizə görə düşmənin ən az 10 hərbçisi məhv edilməlidir”
24.05.2019
Ermənilərin çoxdankı arzusu yerinə yetdi - Fuad Abbasovun MÜSAHİBƏSİ
20.05.2019
“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”