Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Bakıda dəhşətli qətl: mərhumun oğlanları həbs edildi

19:47  |    26 May 2019  |   E-mail  |  Çapa göndər


Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Müşfiqabad qəsəbə sakini Şamil Əhmədov ötən gecə yatdığı yerdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ş.Əhmədovun bıçaqla qətlə yetirildiyini müəyyənləşdiriblər. Məlumata görə, qatil bir zərbəni ürəyinə vurub, ikinci zərbəni isə boğaz nahiyəsinə endirib və mərhumun qırtlağını kəsib.

Hadisə gecə 3 radələrində baş verib. Ailə evə oğruların girdiyini, səs-küyə oyanan ailə başçısının da oğrular tərəfindən qətlə yetirildiyini bildirib. Ancaq hadisə yerini müayinə edən müstəntiq bu versiyaya inanmayıb.

Müstəntiq ilkin araşdırmadan və əl izlərini götürəndən, həmçinin ailənin ziddiyyətli açıqlamasından şübhələnib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisəni mərhumun oğlanlarının törətməsi ehtimalını təsdiqləyən şübhəli məqamların həddən artıq çox olması səbəbindən, qətlə yetirilən atanın oğlanlarını həbs ediblər.

Qəsəbədə gəzən şayiəyə görə, hadisəni mərhumun oğlanlarından birinin törətməsi istisna edilmir.

Mərhumun dəfnində də oğlanlarının iştirakına müstəntiq şərait yaratmayıb. Hazırda mərhumun yas mərasimini qohumlar və qonşular təşkil etməyə çalışır.

Qeyd edək ki, Ş.Əhmədov imkanlı adam sayılır və biznes fəaliyyəti ilə məşğul olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ağstafada keçmiş məhkum üç nəfəri öldürüb, daha bir neçə nəfəri yaralayıb
16.06.2019
Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB
15.06.2019
Bakıda turistlərin yaşadığı evi qarət edən qadın tutulub
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edilib - FOTOSESSİYA
14.06.2019
Fərizənin anası dəfn edildi - FOTO