Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi

16:30  |    26 May 2019  |   E-mail  |  Çapa göndər


Ötən gün mayın 25-də Yerevanda keçirilən mitinqdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları, o cümlədən Dağlıq Qarabağın qondarma “prezidenti” hədələnib.

Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, Yerevanın Azadlıq Meydanında Nikol Paşinyanın bir neçə min tərəfdarı toplanıb. Onlar Paşinyanın məhkəmə sistemində islahatlara dair təşəbbüsünə dəstək veriblər. Mitinq Yerevanın mərkəzi küçələrində yürüşlə yekunlaşıb.



Aksiyanın təşkilatçılarından biri Civan Abramyan deyib ki, məhkəmə sistemində islahatlar korrupsioner məmurları yerində oturdacaq. Onun sözlərinə görə, hazırkı məhkəmə sistemi keçmiş rejimdən asılıdır və siyasi sifarişləri yerinə yetirir.

Civan Abramyan çıxışında Robert Köçəryana dəstək verdiyi üçün Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyanın və digərlərinin “başını daşla əzmək” barədə danışıb. O deyib ki, insanları Robert Köçəryanın tərəfdarlarının, Bako Saakyan da daxil olmaqla, başını daşla əzməyə çağıra bilərlər.



Saakyanın xüsusi işlər üzrə köməkçisi Arşavir Qaramyan Civan Abramyanın çıxışının videosunu sosial şəbəkədə paylaşaraq buna “hüquqi qiymət verilməsinə” çağırıb.

Hakim “Mənim addımım” blokunun nümayəndələri-parlamentin vitse-spikeri Aln Simonyan və deputat Mxitar Ayrapetyan isə Qaramyanın yazdıqlarına cavab olaraq bildiriblər ki, Yerevandakı mitinqin təşkilatçılarını tanımırlar.



Məlumatlara görə, Köçəryanın əleyhdarlarının mitinqi zamanı para.tv internet kanalının jurnalisti bıçaqlanıb. Bu insidentin təfərrüatları məlum deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
27.07.2018
Köçəryan istintaqa ifadə verir