Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

"Məni erməni sındıra bilmədi, amma kasıblıq sındırdı" - Qarabağ döyüşçüsü

17:41  |    24 May 2019  |   E-mail  |  Çapa göndər


Ağır durumda olan Qarabağ döyüşçüsü Umar Nəsibov müalicə aldığı hospitaldan sənədlərinin verilməməsi səbəbilə əlillik dərəcəsi ala bilmir

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən, müharibə veteranı Nəsibov Umar Nəsib oğlu 1974-cü ilin dekabrin 10-u Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.

Döyüşlərin birində ağır yaralanaraq düşmənə əsir düşüb, dövlət xətti ilə əsirlikdən azad olunub. Döyüşlərdə ağır yaralansa da indiyə qədər əlillik dərəcəsi ala bilmir. Yaralananda Sərhəd Qoşunları Xidmətinin hospitalında müalicə alıb. Oradan lazımi sənədlər verilməli olduğu halda müharibə iştirakçısının həmin sənədləri almasında problemlər yaranıb, buna mane olurlar.

"Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, bununla bağlı məhkəməyə də müraciət olunacaq. "Qazilər Umarı tanıyır. Döyüşlərin birində yaralanaraq əsir düşüb. Əsirlikdən dövlət tərəfindən azad olunub. Müalicə aldığı Sərhəd Qoşunları Xidmətinin hospitalından onun sənədləri verilmədiyinə görə, səhhətində problem olan Umara əlillik dərəcəsi verilmir. Bununla bağlı vəkillərə də müraciət etmişik, onlar tərəfindən Sərhəd Qoşunları Xidmətinə edilən müraciətə cavab verilmir. Bu, biabırçılıqdır. Biz müharibə iştirakçısına kömək etməyə çalışsaq da təəssüf ki, Umara kömək etmək bizim imkanımız xaricindədir. Umar işlə təmin olunmalıdır. Mən Qarabağ qazisinin işlə təmin olunması üçün iş adamlarına, müəyyən strukturlara müraciət edirəm. Biz qazilər birliyi olaraq keçmiş döyüşçünün problemləri ilə məşğul olmuşuq, indi də kömək etmək üçün çalışırıq. Lakin iki övladı, həyat yoldaşı xəstə olan bu adam işsizdir, ona kömək lazımdır".

"Köhnə döyüşçü yoldaşlarım mənim necə döyüşdüyümü bilirlər. Onlar məni qəhrəman kimi qarşılayırlar. Amma evə gedəndə uşaqlar nə desə başımı aşağı salıram. Nə deyəsən? Məni erməni yox, kasıblıq sındırdı. Həm də heç kimin yox, iki körpə balamın qarşısında". Bunu uşaqlarını dolandıra bilməyən Qarabağ müharibəsi iştirakçısı deyir.

Qaziler.az Qarabağ döyüşçüsü Nəsib Umarovun videomüraciətini təqdim edir:



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
19.06.2019
Vaşinqtondakı Qarabağ danışıqlarına Bolton vasitəçilik edəcək
19.06.2019
Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!”
19.06.2019
Ermənistan atəşkəs rejimini 19 dəfə pozub
18.06.2019
Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb