Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Sabahın HAVA PROQNOZU

17:15  |    23 May 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün ikinci yarısında havanın arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 24-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.06.2019
Minimum əməkhaqqının artımı 950 min insanı əhatə edəcək
18.06.2019
Fuad Abbasov həbsxanadan vəkil Elman Paşayevə cavab verdi: "Vəkilim deyil"
18.06.2019
"Azercell" abunəçilərinə gələn xarici zənglərin səbəbi nədir?
18.06.2019
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM (YENİLƏNİB)
18.06.2019
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı