Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Fuad Abbasovun saxlanmasına etiraz olaraq Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib

15:43  |    23 May 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiyada saxlanmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib.

ONA-nın məlumatına görə, F. Abbasovun ailə üzvləri və sadə vətəndaşların iştirakı ilə keçirilən aksiyada jurnalistin saxlanmasına etiraz bildirilib, onun azadlığa buraxılması tələb olunub.

"Fuad Abbasova azadlıq" və digər şüarlar səsləndirilən aksiyada baş verənlərin Azərbaycan və Rusiya arasında münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb.

Rusiya səfirliyinin əməkdaşı aksiyanın qətnaməsini qəbul edərək, aidiyyəti ünvana çatdırılacağını bildirib.

Qeyd edək ki, mayın 16-da Rusiyada jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb. Mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərarını qüvvədə saxlayıb.

Mayın 20-də vəkil Elman Paşayev onunla görüşüb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə onun Azərbaycana deportasiya edilə biləcəyini söyləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
KÖHNƏ KIŞI
22.08.2019
Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədədir – həm də 95 yaşında...
22.08.2019
Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub - RƏSMİ AÇIQLAMA
21.08.2019
Şəhid qızı Orxanın təhsil haqqını ödədi - FOTO
20.08.2019
Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi - VİDEO