Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Müslüm Maqomayevin qızı ilk dəfə danışdı - Video

19:20  |    22 May 2019  |   E-mail  |  Çapa göndər


Mərhum Xalq artisti Müslüm Maqomayevin qızı Marina Maqomayeva susqunluğunu pozaraq, uzun müddətdən sonra ilk dəfə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, ABŞ-da yaşayan Marina hər dəfə mediaya açıqlama verməkdən qaçıb. Rusiyanın birinci kanalına qonaq olan Maqomayeva "Эксклюзив" verilişinə danışıb. Marina bildirib ki, atası hər zaman şəxsi həyatını ondan uzaq tutub:

"Heç vaxt birlikdə getdiyimiz tədbirlərdə onun qadınlarla özəl münasibəti olduğunu görməmişəm. Düzdür, o subay idi, amma mən heç nə görmədim. Hər zaman mənə yüksək dəyər verdiyi üçün ona minnətdar olmuşam. Tamara (Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya - red.) ilə məni Moskvada tanış edib. Həmin vaxt onunla rəfiqəlik etdik. Çox mehriban qadındır. İlk andan hiss etdim ki, bizim mehriban münasibətimiz olacaq. İndiyədək də əlaqəmiz davam edir".

Marina bildirib ki, ailə qurduğu üçün Amerikaya köçməli olub:

"Deyirdilər ki, guya, Tamaranın atama ərə gəlməsini qəbul etmədiyim üçün Amerikaya köçdüm. Amma yalan idi".

Marina atasının nikahdankənar övladının olmasına inanmadığını deyib. O söyləyib ki, atası ilə Tamara Sinyavskayanın sevgisi o qədər güclü olub ki, Müslüm heç vaxt ona xəyanət etməyib.

Proqramda bildirilib ki, Tamara M.Maqomayevin ilk həyat yoldaşı Ofeliya ilə də yaxın olub. Marina atasının anası ilə mehriban ayrıldığını vurğulayıb.

"Anam hiss edirdi ki, atam məşhur olur və tezliklə qastrol səfərləri başlayacaq. Özü də onunla getmək istəmirdi. Mən də dözmərəm ki, ərim səfərlərdədir, mən isə evdə oturmuşam. Atama dedi ki, mən ailə istəyirəm. Uşaqla sənin yanında uzaqlara gedə bilmərəm. Onlar 1963-cü ildə ayrılıblar" deyə, M.Maqomayeva bildirib.

Marina onu həyat yoldaşı, musiqiçi Aleksandr Kozlovski ilə Tamaranın tanış etdiyini söyləyib. Onların Alen adlı oğlu var. Alenin adını da Müslüm Maqomayev qoyub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Alim Qasımov kilsədə azan oxudu (VİDEO)
15.06.2019
Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
11.06.2019
Fuad Poladovun oğlu evləndi - Foto
08.06.2019
“Bütün qohumlarım məndən üz döndərdi” - Mübariz Tağıyev
07.06.2019
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki...”