Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub - VİDEO

17:40  |    22 May 2019  |   E-mail  |  Çapa göndər


Özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs restoran və ictimai iaşə obyektlərinə zəng edərək özünü yol patrul xidmətinin tağım komandiri vəzifəsində çalışan Nihat və ya Vüqar adlı polis zabiti kimi təqdim edib. Daha sonra o, obyekt sahiblərinə işdən çıxa bilmədiyini və ona təcili olaraq pul lazım olduğunu bildirib. Obyektə sürücüsünü göndərəcəyini deyən T.Rəhimli həmin yerlərə yaxınlaşaraq pulları dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, saxlanılan şəxsin Xətai rayonunda iki obyekt sahibindən 550 və 200 manat aldığı müəyyən olunub. O, ifadəsində paytaxtın başqa rayonlarında da özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq etdiyini qeyd edib.

Faktla Xətai RPİ-də araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Əfsanəvi komandir Şirin Mirzəyevin xatirəsi anılıb
19.06.2019
Ümumqoşun poliqonunda təlim keçirilib - VİDEO
19.06.2019
Sabahın havası açıqlandı
19.06.2019
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
19.06.2019
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib