Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

22:49  |    21 May 2019  |   E-mail  |  Çapa göndər


Mayın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, qeydiyyat, məşğulluq və digər məsələlərlə bağlı olub. Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

Bununla yanaşı, məcburi köçkünlərin diqqətin bir daha çatdırılıb ki, Prezident İlham Əliyev onların problemlərinin həlli, xüsusən yaşayış şəraitlərinin yaxşılaşdırılması və bu məqsədlə salınan qəsəbələrin sayının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva vaxtaşırı məcburi köçkünlərlə görüşür, onların problemlərinin qısa müddətdə öz həllini tapmasına çalışır.

Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanda 660 min nəfərin pensiyası artacaq
18.06.2019
Daha 687 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
14.06.2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
13.06.2019
500 əlilə dayanıqlı biznesə yiyələnmək imkanı yaradılacaq
12.06.2019
“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə QIZ-QIZA