Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Mübariz Mənsimovdan Fuadın həbsinə kəskin reaksiya: "Ayıb olsun bizə!"

16:19  |    21 May 2019  |   E-mail  |  Çapa göndər


Dünən aldığım xəbər məni dəhşətə saldı.

Axar.az xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov jurnalist, bloger Fuad Abbasovun Rusiyada həbs edilməsi ilə bağlı İnstaqram səhifəsində yazıb. O, hər zaman Fuad Abbasovu dəstəklədiyini bildirib:

“Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorçudur? Nə edib axı? Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular, yerin dibinə giriblər? Niyə belə oğullara sahib çıxmırlar? Diaspor deyirlər, hanı o diaspor? Niyə Azərbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib?”

M.Mənsimov qeyd edib ki, onun məqsədi millətimizi, onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir:

“Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi. Niyə susuruq, niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm ki, Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
İran PUA-nı vurdu, ABŞ isə...
19.06.2019
Tankerləri İran partladıb - ABŞ faktları ƏLƏ KEÇİRDİ
19.06.2019
Türkiyədən PKK-çılar qonşu ölkəyə qaçmaq istədi, ancaq...
19.06.2019
Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq
19.06.2019
Başına 4 milyon lirə pul qoyulumuş PKK terrorçusu məhv edilib