Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Nikoldan həyəcan: Qarabağ müharibə ilə qaytarılır? - Video

12:46  |    21 May 2019  |   E-mail  |  Çapa göndər


Nikol Paşinyan xalqa çağırış etməklə öz acizliyini və siyasi zəifliyini bir daha sübut etdi.

Qaziler.az bildirir ki, bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş ölkə rəhbərlərini Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa çalışmaqda ittiham etməsi ilə bağlı çağırışına münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Paşinyan Robert Köçəryanın azadlıqda olmasının onun hakimiyyəti üçün böyük təhlükə olduğunu yaxşı başa düşür:

“Nikol Paşinyanın xalqa çağırışı və səsləndirdiyi fikirlər çox gülünc və sərsəmdir. O, Ermənistanın keçmiş hakimiyyətini torpaqları Azərbaycana müharibə yolu ilə qaytarmaq istəməkdə ittiham edir. Paşinyan indi çox sərt mövqe ilə üzləşib. Robert Köçəryanın azadlığa buraxılması onun hakimiyyətdə olduğu müddətdə ilk ciddi məğlubiyyəti idi. Məğlub olduğunu qəbul etməyən Paşinyan xalqı küçələrə çağırdı. Bu çağırışın baş nazir tərəfindən edilməsi onun acizliyini göstərir.

O ki qaldı Qarabağ məsələsinə, Ermənistanda hakimiyyətdə qalmaq və güclənmək üçün bütün erməni siyasətçilər oradan istifadə etməyə çalışır. Paşinyan da indi Qarabağ ermənilərini öz tərəfinə çəkməyə səy göstərir, lakin bu, elə də asan məsələ olmayacaq”.

Politoloq İrəvanda iqtidar və müxalifət arasında razılıq əldə olunmasının mümkünsüz olduğunu deyib:

“Nikol Paşinyanla Robert Köçəryanın razılığa gəlməsi mümkün deyil. Onlar arasında mübarizə daha da gərginləşəcək. Paşinyanın əsas məqsədi Köçəryanı yenidən həbsə atmaqdır. Lakin məhkəmə qərarına görə, hələlik o, həbs edilə bilməz. Bu qərar onu çox narahat edir. Çünki Paşinyan çox yaxşı başa düşür ki, Köçəryanın azadlıqda olması siyasi revanşa gətirib çıxara bilər. Sərkisyan və Köçəryan onun üçün çox ciddi rəqibdir. Qarabağ demək olar ki, hələ də onların əlindədir. Hələ ki, cəmiyyətin bütünlüklə bölünməsindən söhbət getmir. Lakin gələcəkdə Paşinyanın siyasəti uğurlu nəticə verməsə, bu zaman onun reytinqi aşağı düşəcək. Bundan istifadə edən müxaliflər xalqı ikiyə bölməyə çalışacaq. Hesab edirəm ki, bu, çox uzun çəkməyəcək. Artıq sosioloji araşdırmalara görə, Paşinyanın reytinqi 30 faiz aşağı düşüb”.

Qeyd edək ki, Ermənistanda Robert Köçəryanın azadlığa çıxmasından sonra Paşinyan xalqa müraciət edərək, onları küçələrə çağırıb. Erməni baş nazir həmçinin, ölkədəki keçmiş hakimiyyət nümayəndələrinin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını iddia edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
19.06.2019
Vaşinqtondakı Qarabağ danışıqlarına Bolton vasitəçilik edəcək
19.06.2019
Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!”
19.06.2019
Ermənistan atəşkəs rejimini 19 dəfə pozub
18.06.2019
Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb