Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6355

Digər sorğular

Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

19:31  |    20 May 2019  |   E-mail  |  Çapa göndər


Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yubiley tədbirində dövlət rəmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak edəcək.

Tədbirdə Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq.

Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşa oynanılacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edir.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Əfsanəvi komandir Şirin Mirzəyevin xatirəsi anılıb
19.06.2019
Ümumqoşun poliqonunda təlim keçirilib - VİDEO
19.06.2019
Sabahın havası açıqlandı
19.06.2019
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
19.06.2019
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib