Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6593

Digər sorğular

“Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas

16:00  |    19 May 2019  |   E-mail  |  Çapa göndər

Xəbər verildiyi kimi, millət vəkili Fazil Mustafa Milli Məclisinin son iclasında çıxış edərək Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlıya fəxri dövlət adının, mükafatının və təqaüdünün verilməsini təklif edib.

QAZİLER.AZ saytı bununla bağlı millət vəkili, yazıçı Aqil Abbasın fikirlərini öyrənib: “Əslində Şəmistan Əlizamanlı Azərbaycan dövlətinin ən yüksək adlarına, mükafatlarına, təqaüdlərinə layiqdir. Bu mükafatlar ona çoxdan verilməliydi. O, illərdi öz imkanları hesabına vətənpərvərlik ruhlu mahnılar yazdırır və təbliğ edir. Bu mahnılar gənc nəslin vətənpərvər ruhda böyüməsində müsbət rol oynayır.

Bundan əlavə, Şəmistan vaxtaşırı müxtəlif dövlət tədbirlərində, şəhidlərimizin dəfnində, anım günlərində, hərbi hissələrdə, ali və orta məktəblərdə keçirilən tədbirlərdə iştirak edir.

Son vaxtlar qardaş Türkiyədə dünyanın 85 ölkəsində 25 dildə izlənilən tarixi “Diriliş Ərtoğrul” filmində Şəmistanın rol alması, Türkiyə prezidenti cənab Ərdoğanın təbliğat çarxlarında və seçki kampaniyasında onun bəstələdiyi və ifa etdiyi mahnılardan istifadə etməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük uğurudur. Düşünürəm ki, belə bir sənətkara dövlətin diqqət göstərməsi çox yaxşı olardı. Və düşünürəm ki, bu səs tezliklə Xankəndinin, Şuşanın, o cümlədən işğal altındakı bütün torpaqlarımızın azad olunması xəbərini xalqımıza çatdıracaqdı!”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30.11.2019
Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO-VİDEO
30.11.2019
"Özbəkistandan sevgilərlə" adlı konsertdə İlham Əliyev haqqında möhtəşəm sözlər- VİDEO
28.11.2019
“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına
25.11.2019
Rafael Dadaşovun utanmadan danışdığı yalan - Video