Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Marneulidə mer seçkilərində qarşıdurma yaranıb

15:36  |    19 May 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

Qarşıdurma “Vahid Milli Hərəkat” partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq Azərbaycanlı namizədlərə məxsusdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.06.2019
Başına 4 milyon lirə pul qoyulumuş PKK terrorçusu məhv edilib
18.06.2019
“Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan
18.06.2019
Mursini hökumət öldürüb – Müsəlman Qardaşları
17.06.2019
Salome Zurabişvili: “Gürcüstanda işsizlik çox yüksək səviyyədədir”
17.06.2019
Türkiyə-ABŞ ziddiyyəti burdan başlayır: S-400 bəhanədir