Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Şəhid Sənan Rüstəmov anıldı - FOTOLAR

17:16  |    18 May 2019  |   E-mail  |  Çapa göndər


Bu gün "Azərkitab" Kitab Təbliğatı Mərkəzində Azərbaycanın qəhrəman oğlu Sənan Rüstəmovun anım tədbiri keçirilib

Qaziler.az bildirir ki, tədbirə qəhrəmanın döyüş yoldaşları, yaxınları, ictimaiyyət nümayəndələri qatılıb.

Millət vəkili Aqil Abbas, vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri Firudin Məmmədov, Əkbər Məmmədov, Akif Nağı, Qarabağ qazisi Rey Kərimoğlu, Rüxsarə Cumayeva, Sənan Rüstəmovun komandiri Əkbər Məmmədov, Qəhrəman Hüseynov və digərləri çıxış edərək şəhidin şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.

Sənan Əkbər oğlu Rüstəmov -11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub, Ağdam şəhər 2 saylı orta məktəbi bitirib. Ağdamda Qurban Pirimov adına 2 saylı musiqi məktəbinin tar şöbəsində oxuyub. “Qarabağ bülbülləri, ansamblını fəal üzvü olub. Elə uşaqlıqdan idmana böyük maraq göstərən Sənan hələ 16 yaşı olmasına baxmayaraq, kişilər arasında sambo güləşi üzrə respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib.

1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur, hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkir. 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə tez-tez hücum etmələrindən narahat olan Sənan sovet ordusunda xidmətdən imtina edərək, 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirir. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçındərbənddə (“Xaçınstroy”) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir.

1992-ci il yanvar ayında Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan ayağından yaralanır.

O, 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən mühüm əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas İsgəndərov və Aydınla birlikdə iştirak edir.

Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.06.2019
Ermənistan atəşkəs rejimini 19 dəfə pozub
18.06.2019
Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb
18.06.2019
18 iyun Mübariz İbrahimovun şəhid olduğu gündür
18.06.2019
Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub
17.06.2019
Ermənilər cəbhədə təxribatlara davam edir